Şəki, Qax, Zaqatala və Balakəndən olan intervüer və supervayzerlər təlimlərə qatılıb

«ELS» Müstəqil Araşdırmalar Mərkəzi 15-16 sentyabr tarixlərində Şəki, Qax, Zaqatala və Balakən rayonları ərazisində  «Exit-poll»a düşən seçki məntəqələrində işləyəcək intervüer və supervayzerlər üçün treninqlər təşkil olunub. İlk təlim Şəki şəhərində keçirilib. Təlimdə onlara seçki günü «Exit-poll»la bağlı görüləcək işlər, eyni zamanda funksiya və vəzifələri diqqətə çatdırılıb. Burada təlimçi intervüer və supervayzerlərin istifadə edəcəyi anket və sorğu vərəqələrinin formaları göstərilib. Eyni zamanda həmin müvafiq sənədlərdən istifadə qaydaları açıqlanıb. Təlim zamanı bir neçə intervüerin yaş hədinin qaydalara uyğun gəlməməsi səbəbindən yeniləri əvəzlənib. Sonda treninq iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Qax rayonunda keçirilən təlimdə də ərazidə «Exit-poll»a düşən seçki məntəqələrində fəaliyyət göstərəcək intervüer və supervayzerlər üçün treninq təşkil olunub. Qeyd edək ki, bu rayonda keçirilən təlimlərdə ali təhsilli şəxslərin olması treninqi aparan təlimçi üçün seminarın rahat şəraitdə aparılmasına amil yaradıb.

Zaqatala rayonunda intervüer və supervayzerlər üçün təşkil olunan treninqdə iştirakçılara funksiya və vəzifələri barədə məlumat verilib. Eyni zamanda müvafiq sənədlər göstərilib və onlara bu sənədlərlə işləmə mexanizmi açıqlanıb. Bu rayonda da iki intervüerin yaşlı olması onların ehtiyat iştirakçılarla vəzələnməsi ilə nəticələnib

Balakən rayonunda da «Exit-poll»da iştirak edəcək intervüer və supervayzerlərə treninqə cəlb olunublar.

zq1 zq2 zq3 zq4

27.09.2008