Bölmə: Xəbərlər

Referendumla bağlı dövlət büdcəsindən ayrılan vəsait təşviqat qruplarının seçki fondlarına köçürülüb

Martın 18-də keçiriləcək referendumla bağlı Təşviqat qruplarına dövlət büdcəsindən ayrılan maliyyə vəsaiti həmin qrupların seçki fondlarına köçürülüb. Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat xidmətindən məlumat verilib. Hər bir təşviqat qrupuna 23 min AZN ayrılıb. Seçkilərdən fərqli olaraq referendumda dövlət büdcəsindən ayrılan vəsaitin geri qaytarılması tələb olunmur. Yalnız seçki fondunda dövlət büdcəsindən alınan pulun xərclənməmiş hissəsinin geri qaytarılması nəzərdə tutulur. Davamı

23.02.2009

Azərbaycanın dövlət başçısının fəaliyyətinə həsr olunan kitabların təqdimat mərasimi keçirilib

Bu gün Azərbaycan prezidentinin 5 illik fəaliyyəti və ötən il keçirilən prezident seçkilərinin sosioloji təhlilinə həsr olunan kitabların təqdimat mərasimi keçirilib.

“Qısa müddətdə respublikamızın bütün regionlarında “İlham Əliyevin 5 illik prezidentlik fəaliyyəti və Azərbaycanda vətəndaş cəmiyyəti” mövzusunda sosioloji sorğu keçirdik. Əhalinin həm dövlət başçısına, həm də prezidentlik fəaliyyətinə münasibətini müəyyənləşdirdik”, – çərşənbə axşamı Trend Xəbərlər Şirkətinin Beynəlxalq Mətbuat Mərkəzində keçirilən tədbirdə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) seçki qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı bildirib. Davamı

20.02.2009

Azərbaycan Milli Bankı: “Referendumun nəticəsindən asılı olaraq, pul əskinazlarında dəyişikliklər edilə bilər”

Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklər haqqında referendum aktına müvafiq olaraq Azərbaycan Milli Bankının (AMB) Mərkəzi Bank adlandırılması ilə əlaqədar nəzərdə tutulan dəyişikliklərlə bağlı AMB bir daha bəyan edib ki, dövriyyədə olan milli pul nişanları, habelə həmin pul nişanları üzrə yaradılmış ehtiyatlar dəyişdirilməyəcək və yeniləri ilə əvəzlənməyəcək. Davamı

19.02.2009

Referenduma ayrılmış efir vaxtı

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov təşviqat qruplarını referendumla bağlı ayrılmış ödənişsiz efir vaxtından səmərəli istifadə etməyə çağırıb.MSK sədri jurnalistlərə açıqlamasında bildirib ki, ödənişsiz efir vaxtı yalnız referenduma çıxarılan 29 maddəyə təklif olunan 41 əlavə və dəyişikliyin müzakirəsi üçün ayrılıb: “Təşviqat qruplarının nümayəndələri bilməlidirlər ki, orada başqa məsələlərin müzakirə olunması qəti yolverilməzdir. Qanunun tələbinə əsasən efir vaxtı yalnız həmin məqsəd üçün istifadə olunmalıdır”. M. Pənahov deyib ki, referenduma çıxarılan məsələlərlə ictimaiyyəti tanış etmək işi təşviqat qruplarının vəzifəsi deyil: “Təşviqat qrupları yalnız dəyişiklik təkliflərinə münasibətlərini bildirəcəklər. Bizim İctimai Televiziyanın rəhbərliyindən də yeganə tələbimiz ondan ibarətdir ki, 29 maddəyə təklif olunan 41 dəyişikliyin hər birinin müzakirəsinə şərait yaratsınlar. Bu maddələrin müzakirəsinə maneçilik törətməyə heç kimin ixtiyarı yoxdur”. Davamı

19.02.2009

AZƏRBAYCANIN RF-DƏKİ SƏFİRLİYİ REFERENDUM KEÇİRİLMƏSİNƏ HAZIRDIR

Ölkəmizin Rusiyadakı səfirliyi Moskvada Azərbaycan Respublikasının Konstitusiyasına dəyişikliklər və əlavələr edilməsinə dair referendum keçirilməsinə hazırlaşır.

Səfirlikdən verilən məlumata görə, Rusiya paytaxtında referendum keçirilməsinin təşkilati məsələlərinə dair səfir Polad Bülbüloğlunun rəhbərliyi ilə müşavirə keçirilmişdir. Səfirlik Rusiya Federasiyasının ərazisində olan Azərbaycan vətəndaşlarından ibarət seçicilərin siyahılarının dəqiqləşdirilməsi üzrə iş aparmışdır. Azərbaycan Mərkəzi Seçki Komissiyası seçicilərin siyahısını və səfirliyin dairə seçki komissiyasının heyətini təsdiq etmişdir. Bu komissiya seçicilərə səsvermənin keçiriləcəyi yer və vaxt barədə məlumat verilməsi ilə bilavasitə məşğuldur. Moskvada olan azərbaycanlı seçicilərin çoxu izahat almaq üçün səfirliyə müraciət edir. Səfirliyin nümayəndələri isə Azərbaycan Respublikasının Konstitusiyasına təklif olunan dəyişikliklərin və əlavələrin mahiyyəti barədə bu şəxslərə məlumat verirlər. Davamı

19.02.2009