Bölmə: Xəbərlər

Xarici ölkələrdə səs verəcək Azərbaycan vətəndaşları üçün seçki bülletenləri göndərilib

Martın 18-də keçiriləcək referendum zamanı xarici ölkələrdə səs verəcək Azərbaycan vətəndaşları üçün seçki bülletenləri göndərilib. Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bülletenlər xarici ölkələrdə yaradılan seçki məntəqələrinə Azərbaycanın Xarici İşlər Nazirliyi tərəfindən çatdırılacaq. MSK xaricə göndərilməsi nəzərdə tutulan bülletenlərini bu gün XİN-in əməkdaşlarına təqdim edib, onlar isə öz növbəsində səsverməyə 10 gün qalana kimi bülletenləri həmin seçki məntəqələrinə çatdıracaqlar. Davamı

18.02.2009

MDB müşahidəçiləri Azərbaycanda keçiriləcək referendumu izləyəcəklər

Müstəqil Dövlətlər Birliyinin (MDB) müşahidə missiyası martın 18-də Azərbaycanda keçiriləcək referendumu izləyəcək. MDB İcraiyyə Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, bu gün MDB ölkələrinin daimi nümayəndələri Şurasının iclasında Azərbaycanda keçiriləcək referendumda müşahidəçilik məsələsi müzakirə olunub. Missiyaya MDB İcraiyyə Komitəsinin sədr müavini vəzifəsini icra edən Toktasın Buzubayev rəhbərlik edəcək. Gələn həftə Bakıda missiyanın qərargahı açılacaq. Qərargaha MDB İcraiyyə Komitəsinin seçkilər və referendumlar şöbəsinin müdiri Yevgeni Sloboda rəhbərlik edəcək. Yeddi uzunmüddətli müşahidəçinin çalışacağı qərargahın regional bölmələri də açılacaq. Missiyaya müşahidəçi göndərmək üçün MDB ölkələrinə müraciətlər göndərilib. Missiyanın 100-dən artıq müşahidəçidən ibarət olacağı planlaşdırılır.
Mənbə: www.apa.az

18.02.2009

Azərbaycanda keçiriləcək referendumla bağlı Təşviqat qruplarına ayrılan efir vaxtının qaydaları müəyyənləşib

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında qurumun sədri Məzahir Pənahov bildirib ki, qruplar üçün həftədə 3 saat pulsuz efir vaxtı ayrılıb. Bunun 1.5 saatı İctimai Televiziya, 1.5 saatı isə İctimai Radio üçün nəzərdə tutulub. M. Pənahovun sözlərinə görə, İctimai Televiziya və Radio Yayım Şirkətinin rəhbərliyi televiziyada efir vaxtını həftədə bir gün – şənbə günləri saat 18.15-dən 20.00-a qədər, radioda isə həftənin çərşənbə günləri saat 20.15-dən 22.00-a qədər ayırıb. M. Pənahov ümumilikdə kampaniya dövründə 4 dəfə televiziya, 4 dəfə isə radioda ödənişsiz müzakirələrin aparılacağını qeyd edib. Onun sözlərinə görə, ayrılan efir vaxtlarından dəyirmi masa formasında istifadə olunacaq.
MSK üzvü Almas Qəhramanlı isə televiziya üçün 18.15-in əlverişli olmadığını deyib: “Vaxtın dəyişməsi üçün televiziya rəhbərliyinə yenidən müraciət edilsin”. Davamı

18.02.2009

Referendumla bağlı təbliğat-təşviqat kampaniyası başlayıb

Martın 18-də keçiriləcək referendumla bağlı təbliğat-təşviqat kampaniyası başlayıb. Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat xidmətindən verilən məlumata görə, referendumla bağlı qeydə alınmış təşviqat qrupları bu gündən qanunda nəzərdə tutulmuş təbliğat və təşviqat vasitələrindən istifadə etməklə kampaniyanı apara bilərlər. Təşviqat qruplarının kampaniyanı aparması üçün onların hər birinə dövlət büdcəsindən 23 min manat pul vəsaiti ayrılıb, həmçinin televiziyada pulsuz efir vaxtı verilib və dövlət büdcəsindən maliyyələşən qəzetlərdə yer ayrılıb. Təbliğat-təşviqat kampaniyası səsverməyə 24 saat qalmış – martın 17-si saat 8.00-da dayandırılacaq. Davamı

18.02.2009

AVCİYA Referendumla bağlı geniş fəaliyyət proqramını həyata keçirir

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) 18 mart 2009 – cu il tarixidə keçiriləcək refendumla bağlı geniş fəaliyyət proqramını mərhələlər üzrə həyata keçirir. Bununla bağlı AVCİYA  Seçki Qərargahı reeferenduma hazırlıq mərhələsini, referendum gününü və referendumndan sonrakı proseslərin monitorinqini həyata keçirmək üçün yanvar ayının 10 – dan intensiv fəaliyyətə başlayıb. Monitorinq prosesində 15 qəzet (“Azərbaycan”, “Yeni Azərbaycan”, “Üç nöqtə”, “Həftə içi”, “Xalq cəbhəsi”, “Ədalət”, “Şərq” «Səs», «Yeni Müsavat», «Azadlıq», «Bizim yol» , «Exo», «Zerkalo», «Ekspress», «525-ci qəzet») və 4  telekanalın (İTV, Az.TV, ANS, «Lider») fəaliyyətinin də müşahidəsi həyata keçirilir. Davamı

18.02.2009