AZƏRBAYCANIN RF-DƏKİ SƏFİRLİYİ REFERENDUM KEÇİRİLMƏSİNƏ HAZIRDIR

Ölkəmizin Rusiyadakı səfirliyi Moskvada Azərbaycan Respublikasının Konstitusiyasına dəyişikliklər və əlavələr edilməsinə dair referendum keçirilməsinə hazırlaşır.

Səfirlikdən verilən məlumata görə, Rusiya paytaxtında referendum keçirilməsinin təşkilati məsələlərinə dair səfir Polad Bülbüloğlunun rəhbərliyi ilə müşavirə keçirilmişdir. Səfirlik Rusiya Federasiyasının ərazisində olan Azərbaycan vətəndaşlarından ibarət seçicilərin siyahılarının dəqiqləşdirilməsi üzrə iş aparmışdır. Azərbaycan Mərkəzi Seçki Komissiyası seçicilərin siyahısını və səfirliyin dairə seçki komissiyasının heyətini təsdiq etmişdir. Bu komissiya seçicilərə səsvermənin keçiriləcəyi yer və vaxt barədə məlumat verilməsi ilə bilavasitə məşğuldur. Moskvada olan azərbaycanlı seçicilərin çoxu izahat almaq üçün səfirliyə müraciət edir. Səfirliyin nümayəndələri isə Azərbaycan Respublikasının Konstitusiyasına təklif olunan dəyişikliklərin və əlavələrin mahiyyəti barədə bu şəxslərə məlumat verirlər.

Azərbaycan Respublikasının Seçki Məcəlləsinə müvafiq olaraq, Moskvadakı səfirliyimizin binasında səsvermə 2009-ci il martın 18-də saat 8:00-dan 19:00-dək keçiriləcəkdir.

AzərTAc

19.02.2009