Referendumla bağlı dövlət büdcəsindən ayrılan vəsait təşviqat qruplarının seçki fondlarına köçürülüb

Martın 18-də keçiriləcək referendumla bağlı Təşviqat qruplarına dövlət büdcəsindən ayrılan maliyyə vəsaiti həmin qrupların seçki fondlarına köçürülüb. Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat xidmətindən məlumat verilib. Hər bir təşviqat qrupuna 23 min AZN ayrılıb. Seçkilərdən fərqli olaraq referendumda dövlət büdcəsindən ayrılan vəsaitin geri qaytarılması tələb olunmur. Yalnız seçki fondunda dövlət büdcəsindən alınan pulun xərclənməmiş hissəsinin geri qaytarılması nəzərdə tutulur.

Qeyd edək ki, referendumun keçirilməsi üçün dövlət büdcəsindən ümumilikdə 22 milyon 444 min manat maliyyə vəsaiti ayrılıb.

23.02.2009