Bölmə: Xəbərlər

Azərbaycanda keçiriləcək referendumu izləmək üçün Norveçdən nümayəndə heyətinin gələcəyi gözlənilir

“Azərbaycanda gedən bütün siyasi hadisələri müşahidə etdiyimiz kimi, təbii ki, referendumun gedişini də müşahidə edəcəyik”. Bunu açıqlamasında Norveçin Azərbaycandakı səfiri Yon Ramberq deyib. O bildirib ki, müşahidənin hansı formada aparılacağı hələ dəqiq bəlli deyil: “Həmin vaxt mən Azərbaycanda olmayacağam. Amma təbii ki, səfirlik bu prosesin gedişini müşahidə edəcək. Ola bilsin ki, Norveçdən nümayəndə heyəti də gəlsin. Amma bu, hələ dəqiq deyil. Çünki bu barədə qərar qəbul edilməlidir”. Səfirin sözlərinə görə, Azərbaycana gəlişi gözlənilən nümayəndə heyətinin qeyri-hökumətin təşkilatlarının təmsilçilərindən ibarət olacağı

27.02.2009

“Yol hərəkətini təhlükəsiz necə etmək olar?” mövzusunda Dəyirmi Masa

1602Respublikamızda son illər ərzində sayı kəskin artmış nəqliyyat vasitələrinin demək olar ki, yarısı Bakı şəhərində qeydiyyata alınmışdır. Əgər rəsmi 296 min maşına regionlarda qeydiyyatda olan lakin sahiblərinin ya Bakıda yaşayan və yaxud işləyən maşınlanrı da əlavə etsək daha yüksək rəqəmi əldə edərik. Belə şəraitdə yol hərəkətinin və piyada hərəkatının j cümlədən dəqiq təşkili tələb olunur. Rəsmi məlumatlar əsasında belə qənaətə gəlmək olar ki, yol hərəkətinin təşkili bu gün haqlı iradlara səbəb olur. Son 10 ildə ölkə yollarında 25438 yol-nəqliyyat hadisəsində (YNH) 7946 nəfər həlak olmuş, 29002 nəfər isə yaralanmışdır. Beləliklə YNH-da 37 minə yaxın insan zərər çəkmişdir ki, bu da sayına görə bir şəhərin əhalisi ilə müqayisə oluna bilər. Nəzərə alsaq ki, bu rəqəmlər rəsmi qeydiyyata alınan hadisələr əsasında alınıb, reallıqda bu rəqəmlərin daha da yüksək olduğunu demək olar. Özü də YNH-rin təxminən yarısı Bakıda baş verir. Davamı

24.02.2009

Azərbaycan Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası

knf2Azərbaycan Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası fevral ayının 21-də XII ümumi yığıncağını keçirdi.Yığıncaq saat 10:00-da açılış mərasimi ilə başladı. Konfransda ilk növbədə şuranın son bir illik  fəaliyyəti barədə məlumat verildi. Yığıncaqda  əsasnaməyə əlavə və dəyişiklikləri müzakirəsi barədə söhbətlər aparıldı. Yaranan bütün suallar konfrans üzvləri tərəfindən cavablandırıldı. Davamı

24.02.2009

“ELS” və AVCİYA “exit-poll” keçirmək üçün MSK-ya müraciət edəcək

İki təşkilat birlikdə 2 minə yaxın şəxslə əməkdaşlıq edəcək.
“ELS” Müstəqil Araşdırmalar Mərkəzi və Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) martın 18-nə təyin olunmuş referendumda “exit-poll” keçirmək üçün bu həftə ərzində Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edəcək. “ELS”-in rəhbəri İradə Yaqubova Lent.az-a bildirib ki, 118 dairə seçki komissiyası olmaqla 800 seçki məntəqəsində “exit-poll” keçirmək planlaşdırılıb. Hər məntəqədə 2 nəfər intervüyer (ümumilikdə 1600 nəfər), 4 məntəqədə isə 1 nəfər superveyzer (ümumilikdə 200 nəfər) fəaliyyət göstərəcək. Ümumilikdə 18 mart referendumunda “exit-poll” keçirmək üçün “ELS” və AVCİYA birlikdə 2 minə yaxın şəxslə əməkdaşlıq edəcək. Davamı

23.02.2009

Naxçıvanda referendumla bağlı seminar-müşavirələr keçirilir

Azərbaycanda martın 18-də keçiriləcək referendumla bağlı Naxçıvan Muxtar Respublikası (MR) Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən seçkilərə hazırlığın vəziyyətinin öyrənilməsi və seçicilərin maarifləndirilməsi məqsədilə seminar-müşavirələrin keçirilməsinə başlanılıb. Naxçıvan MR MSK-nın mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Ramil Sadıqovun verdiyi məlumata görə, bu gün ilk tədbir 4 saylı Seçki Dairəsi üzrə Naxçıvan şəhərində baş tutub. Məntəqə seçki komissiyalarının üzvlərinin və paytaxt seçicilərinin qatıldığı tədbirdə hüquqşünaslar tərəfindən konstitusiyaya ediləcək dəyişiklərin mahiyyəti izah edilib. Növbəti mərhələdə belə seminar müşavirələri muxtar respublikanın digər bölgələrini də əhatə edəcək. Davamı

23.02.2009