Azərbaycan Milli Bankı: “Referendumun nəticəsindən asılı olaraq, pul əskinazlarında dəyişikliklər edilə bilər”

Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklər haqqında referendum aktına müvafiq olaraq Azərbaycan Milli Bankının (AMB) Mərkəzi Bank adlandırılması ilə əlaqədar nəzərdə tutulan dəyişikliklərlə bağlı AMB bir daha bəyan edib ki, dövriyyədə olan milli pul nişanları, habelə həmin pul nişanları üzrə yaradılmış ehtiyatlar dəyişdirilməyəcək və yeniləri ilə əvəzlənməyəcək.

AMB-dən verilən məlumata görə, bu ilin mart ayında keçiriləcək referendumun nəticələrindən asılı olaraq, hazırda dövriyyədə olan pul nişanlarının, o cümlədən yeni nominalların gələcəkdə sifarişi zamanı onlarda dəyişikliklər edilə bilər: “Lakin bu halda da hazırda dövriyyədə olan pul nişanları köhnəlib dövriyyədən çıxarılana qədər qanuni ödəniş vasitəsi kimi qüvvədə olacaq”.

Mənbə: www.apa.az

19.02.2009