Bölmə: Xəbərlər

“2010-cu il Parlament seçkiləri ərəfəsində seçici qadınların fəallığının artırılması” layihəsinin təqdimatı

“ELS” Müstəqil Araşdırmalar Mərkəzi artıq 5 ildir ki, Azərbaycanda keçirilən seçkilərlə bağlı fəaliyyət göstərir. Seçki zamanı “exit-poll” və “quick count” tədqiqatları, seçicilər tərəfindən seçkilərə marağın artırılması, seçkilərdə daha fəal iştirak etmələri məqsədilə seçki ərəfəsində maarifləndirmə işləri aparılır. Bütün dünyada mövcud olan qadınların xüsusən də regionlarda yaşayanların seçici fəallığının nisbətən aşağı olmasını nəzərə alaraq Mərkəzimiz bu istiqamətdə də işlər aparır. Mərkəz ölkəmizin ictimai-siyası həyatında əhəmiyyətli yer tutan Milli Məclis seçkiləri ərəfəsində qadınların seçkilərdə iştirakı ilə bağlı tədbirlərin keçirilməsini vacib sayaraq ABŞ-ın Azərbaycandakı səfirliyinin 2009-cu ildin dekabr ayında elan etdiyi Demokratiya Komissiyasının Kiçik Qrantlar Proqramında “Qadınların seçici fəallığının artırılmasında beynəlxalq təcrubənin tətbiqi” layihəsi ilə iştirak etmiş və qalibi olmuşdur.
Davamı

30.07.2010

Polietilen paket – faydası və zərəri

Bu gün hər növ malların saxlanılması, daşınması üçün ən çox istifadə edilən və qiymətinə görə əlverişli olan polietilen paketlərdir. Eyni zamanda paketlər məlumat daşıyıcısı qismində reklam üçün geniş istifadə edilir. Lakin yaraşıqlı, parlaq və istifadə üçün rahat olan paketlər qısa müddətdən sonra zibillikləri bəzəyərək məişət tullantıların parçalanmasına bir neçə yüz il tələb olunan bir hissəsinə çevrilir. Davamı

31.05.2010

“ELS” MAM-ın Nəqliyyat Nazirliyinə müraciəti

“ELS” Müstəqil Araşdırmalar Mərkəzi dəmir yolu nəqliyyatında sərnişindaşınmanın təkmilləşdirilməsi məqsədi ilə keçirdiyi araşdırmaların nəticələri ictimaiyyətə təqdim olunmuşdur. Ictimai müzakirələr nəticəsində qatarlarda qadınların ayrıca səfər etmələri üçün şəraitin yaradılması ilə bağlı müraciət tərtib olunmuşdur. 42 QHT təmsilçilərinin imza atdığı müraciət Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinə müvafiq məktubla təqdim edilmişdir.
Müraciətlə tanış olmaq üçün mətni buradan yükləyə bilərsiniz:
Kupe/Neqliyyat Nazirliyine muraciet.pdf  Davamı

23.04.2010

“Tullantıların idarə edilməsində mövcud vəziyyət və perspektivlər” mövzusunda konfrans keçilmişdir

160410_00116 aprel 2010-cu il tarixində Hyatt Regency otelində 2010-cu il – Ekologiya ili çərçivəsində “Tullantıların idarə edilməsində mövcud vəziyyət və perspektivlər” mövzusunda İqtisadi İnkişaf Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin və “Təmiz Şəhər” ASC-nin təşkilatçılığı ilə konfrans keçirilmişdir. Davamı

19.04.2010

“Alternativ və bərpa olunan enerji, enerji səmərəliliyinə dair siyasət və qanunvericilik” mövzusunda Dəyirmi Masa keçirilmişdir

dayirmi517 mart 2010-cu il tarixində “Caspian Plaza” ofis mərkəzinin konfrans zalında Bərpa olunan Enerji üzrə İctimai Vəkillik Koalisiyası tərəfindən “Alternativ və Bərpa olunana enerji, enerji səmərəliliyi sahəsində siyasət və qanunvericiliyin” təkmilləşdirilməsi üzrə təkliflərin müzakirəsinə həsr olunmuş Dəyirmi Masa keçirilmişdir. Dəyirmi masada Milli Məclisin Təbii ehtiyatlar, Energetika və Ekologiya Daimi Komitəsinin, Milli Məclis Aparatının, Sənaye və Energetika Nazirliyinin Alternativ və Bərpa olunan Enerji mənbələrindən istifadə üzrə Dövlət Agentliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, İqtisadi İnkişaf Nazirliyinin, Azərenerji QSC-nin, vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri iştirak etmişlər. Davamı

17.03.2010