Bölmə: Xəbərlər

Azərbaycanda 7 bal gücündə zəlzələ baş verib

zelzeleZəlzələ Zaqatala və Qaxda 7 bal, Şəki, Oğuz ,Qazax Tovuz və digər rayonlarda 2-5 bal arasında hiss olunub.Respublika Seysmoloji Xidmət Mərkəzi bu gün səhər 09.40 radələrində ölkə ərazisində baş verən zəlzələ ilə bağlı məlumat yayıb. APA-nın xəbərinə görə, zəlzələnin episentri Zaqatala rayonundan 17 kilometr cənub-qərbə, yerin 10 kilometr dərinliyində baş verib. Tikililərdə dağıntı var. İnsan itkisi yoxdur. Davamı

7.05.2012

Mehriban Əliyevaya humanitar sahədə fəaliyyətinə görə “Birliyin ulduzları” dövlətlərarası mükafat təqdim edilib

moskva_mehriban_eliyevaya_13_04_12Rusiyanın paytaxtı Moskvada Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevaya humanitar sahədə fəaliyyətinə görə, “Birliyin ulduzları” (“Zvyozdı Sodrujestva”) dövlətlərarası mükafat təqdim edilib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, mükafatın təqdimetmə mərasimi Rusiya Dövlət Kitabxanasının Paşkov Evində keçirilib. Mərasimdə Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, baş nazirin birinci müavini Yaqub Eyyubov, Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu və MDB ölkələrinin nüfuzlu, vəzifəli şəxsləri iştirak ediblər. Davamı

13.04.2012

“ELS” Müstəqil Araşdırma Mərkəzi həyacan təbili çalır

11.04.2012Uşaq verilişləri ilə bağlı ölkə teleməkanında müşahidə olunan vəziyyət heç də ürəkaçan deyil

Aprelin 11-də “Caspian Plaza” Biznes Mərkəzinin konfrans zalında “ELS” Müstəqil Araşdırmalar Mərkəzi “Azərbaycan efir məkanının gənc nəslin formalaşmasına təsiri: problemlər, risklər və həlli yolları” adlı dəyirmi masa keçirib. Tədbirdə, dövlət qurumları, ictimaiyyət və KİV təmsilçiləri ilə yanaşı İTV, LİDER, SPACE, ANS, Dünya TV-nin səlahiyyətli şəxsləri də iştirak edib. ELS-in rəhbəri İradə Yaqubova2012-ci ilin 16 yanvar tarixindən başlayaraq bir ay müddətində ölkə efir məkanının uşaq və gənclər proqlamlarının monitorinqinin aparıldığını və bir il əvvəl, 2011-ci ilin yanvar-fevral ayında aparılmış araşdırmanın nəticələri ilə müqayisə olunduğunu bildirib. Kiv

Davamı

11.04.2012

Rusiyalı tarixçi alim: “İndiki Ermənistan ərazisi qədim Azərbaycan torpağıdır”

31_mart_moskvaRusiyanın paytaxtında “31 mart-Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan tədbir keçirilib. APA-nın Moskva bürosunun məlumatına görə, Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) təşkil etdiyi tədbir “Azərbaycanlıların soyqırımı – tarixin iki yüz ili” adı altında keçirilib. Tədbirdə Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu, ÜAK-ın baş katibi Mikayıl Hüseynov, Rusiyada fəaliyyət göstərən azərbaycanlı alimlər və Rusiyanın tanınmış elm adamları iştirak ediblər. Davamı

31.03.2012