Vladimir Putin yenidən Rusiya Federasiyasının prezidenti seçilib

PutinRusiya Mərkəzi Seçki Komissiyasının sədri Vladimir Çurov baş nazir Vladimir Putinin prezident seçkilərində qələbə qazandığını açıqlayıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, protokolların 99,3%-i sayıldıqdan sonra V. Putinin 63,75%, Gennadi Züqanovun 17,19%, Mixail Proxorovun 7,82%, Vladimir Jirinovskinin 6,23%, Sergey Mironovun isə 3,85% səs topladıqları açıqlanıb. V. Çurov ilkin məlumatlar əsasında V. Putinin prezident seçildiyini elan edib. Onun bu sözləri MSK üzvləri və media mənsubları tərəfindən alqışlarla qarşılanıb.

5.03.2012