Bölmə: Xəbərlər

Azərbaycan şaxmatçısı dünya çempionu oldu

Gunay_MemmedzadeRumıniyanın Yassı şəhərində məktəblilər arasında şahmat üzrə 8-ci dünya çempionatı başa çatıb. Sport.1news.az saytının məlumatına görə, Azərbaycan şahmatçıları altı medal qazanıblar. Günay Məmmədzadənin möhtəşəm çıxışı ona 13 yaşadək yaş kateqoriyasında 7,5 halla 1-ci yeri qazandırıb. Gümüş medalı 7 halla onun komanda yoldaşı Nərmin Məmmədova əldə edib. İkinci yerləri həmçinin Xatun Bağırova (15 yaşadək), İsmayıl Şaxaliyev (13 yaşadək) bölüşdürüb, bürünc medallar isə Aytən Əmrəyeva (15 yaşadək) və Nərmin Soyunlunun (17 yaşadək) payına düşüb. Davamı

15.05.2012

Milli Televiziya və Radio Şurası cizgi filmlərinin çəkilişinə maliyyə ayrılması üçün prezidentə müraciət edəcək

nusirevan

Bunu APA-ya MTRŞ sədri Nuşirəvan Məhərrəmli deyib. O bildirib ki, ölkədə milli cizgi filmlərinin çəkilməsinin stimullaşdırılmasına böyük ehtiyac yaranıb: “Uşaqlarla bağlı bizim hansı verilişlərimiz, cizgi filmlərimiz var? Telekanallarda yayımlanan əksər cizgi filmləri xarici cizgi filmləridir. Halbuki Azərbaycanın eposları əsasında çoxsaylı cizgi filmləri yaradıla bilər. “Dədə Qorqud”dan tutmuş “Koroğlu” dastanına qədər gözəl cizgi filmləri çəkmək olar və uşaqlar o ruhda böyüyər”. Davamı

15.05.2012

İlham Əliyev ailəsi ilə birgə “Gül bayramı”nda olub

gul_bayramiAzərbaycan xalqının ümummilli lideri, siyasi xadim Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə Bakıda, ulu öndərin adını daşıyan sarayın qarşısındakı parkda təşkil olunmuş Gül bayramında dövlət başçısı İlham Əliyev və ailə üzvləri iştirak edib. Davamı

10.05.2012

Şuşa şəhərinin işğalından 20 il ötür

shusha1992Düz 20 il əvvəl qədim, zəngin tarixə və mədəniyyətə malik Şuşa şəhərinin Rusiyanın 366-cı alayının 40 zirehli texnikasının dəstəyi ilə Ermənistan silahlı qüvvələri tərəfindən ələ keçirilməsi ilə Dağlıq Qarabağın işğalı başa çatdırılıb. Davamı

8.05.2012