Azərbaycanın Novruz ənənələri Eurovision.tv-də təqdim olunub

Novruz-bayrami“Eurovision” mahnı müsabiqəsinin rəsmi saytı – eurovision.tv-də “Azərbaycana səyahət” silsiləsindən növbəti reportaj Novruz bayramına həsr olunub.

APA-nın eurovision.az-a istinadən xəbərinə görə, Azərbaycanın tarixi, mədəniyyəti və turizm imkanlarının təqdim olunduğu bu silsilənin ikinci videosunda Novruz adətlərindən, bu bayramın dostluq, əmin-amanlıq bayramı olmasından danışılır. Təbiətin qışdan sonra oyandığı bir vaxtda qeyd edilən, yeni günün başlanğıcı olan,

Azərbaycanda elliklə yaşanan Novruz şənliklərindən reportaj qədim İçərişəhərdə lentə alınıb. Novruzun ikinci həftəsi – “Od çərşənbəsi” “Light your fire” şüarı ətrafında birləşən “Eurovision” fanatları ilə birlikdə bayram edilib.

5.03.2012