Ermənistan İctimai Televiziyası Bakıda keçirilən “Eurovision-2012” mahnı müsabiqəsinin final mərhələsini canlı yayımlayacaq. APA-nın məlumatına görə, bu barədə “Panarmenian”a telekanaldan bildiriblər. Davamı
Bölmə: Xəbərlər
“Eurovision-2012”nin finalına vəsiqə qazanmış daha 10 ölkə bəlli olub
Bakıda 57-ci “Eurovision-2012” mahnı müsabiqəsinin II yarımfinal mərhələsi keçirilib.APA-nın xəbərinə görə, şounun keçirildiyi «Baku Crystal Hall» tamaşaçı ilə dolu olub. İlk olaraq səhnəyə üç aparıcı Leyla, Eldar və Nərgiz çıxıb. Yarışma dünyanın 46 ölkəsində canlı yayımlanıb. İkinci yarımfinaldan finala Litva, Bosniya və Herseqovina, Serbiya, Ukrayna, İsveç, Makedoniya, Norveç, Estoniya, Malta və Türkiyə vəsiqə qazanıb. Davamı
“Buta” sarayında 28 May – Respublika Gününə həsr olunmuş rəsmi qəbul təşkil edilib
Mərasimdə 20A12-ci il üçün Azərbaycan Respublikasının elm sahəsi üzrə Dövlət Mükafatının təltif edilməsi mərasimi olub
Bu gün “Buta” sarayında 28 May – Respublika Gününə həsr olunmuş rəsmi qəbul təşkil edilib. APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri rəsmi qəbulda iştirak edibər. Davamı
Prezident İlham Əliyev: “Bu gün iqtisadi inkişaf templərinə görə Azərbaycan dünya miqyasında lider ölkədir”
“Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisədir”. Azərbaycan prezidenti İlham Əliyev bu fikri “Buta” sarayında 28 May – Respublika Gününə həsr olunmuş rəsmi qəbuldakı çıxışı zamanı işlədib. Davamı
İntensiv yağışlarla əlaqədar Azərbaycanın bir sıra çaylarında suyun səviyyəsi artıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, Kiçik Qafqazın ərazisindən axan Gəncəçayda suyun səviyyəsi 6, Kürəkçayda 14, Lənkəran-Astara bölgəsinin ərazisindən axan Lənkərançayda 32 santimetr artıb. Onun sözlərinə görə, həmin ərazidən axan Viləşçayda isə sel müşahidə olunub: “Kür çayının yuxarı axınında suyun səviyyəsi 5 santimetr, Qanıx çayında isə 3 santimetr artım qeydə alınıb. Lakin hazırda Kürün aşağı hissələrində azalma müşahidə olunur”. Davamı