“Buta” sarayında 28 May – Respublika Gününə həsr olunmuş rəsmi qəbul təşkil edilib

28_mayMərasimdə 20A12-ci il üçün Azərbaycan Respublikasının elm sahəsi üzrə Dövlət Mükafatının təltif edilməsi mərasimi olub 
Bu gün “Buta” sarayında 28 May – Respublika Gününə həsr olunmuş rəsmi qəbul təşkil edilib. APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri rəsmi qəbulda iştirak edibər.

Tədbirdə Azərbaycanın dövlət himni səslənib, dövlətimizin başçısı rəsmi qəbulda nitq söyləyib. Daha sonra 2012-ci il üçün Azərbaycan Respublikasının elm sahəsi üzrə Dövlət Mükafatının təltif edilməsi mərasimi olub. Qarabağın, Naxçıvanın və İrəvan xanlığının tarixinə dair silsilə əsərlərə görə tarixçi-alimlər Yaqub Mahmudov, Kərim Şükürov, Tofiq Mustafazadə, Süleyman Məmmədov, Güntəkin Nəcəfli, Nazim Mustafayev, Gövhər Məmmədova, Hacı Həsənov, İsrafil Məmmədov, Vidadi Umudlu, Səidə Hacıyeva, İradə Məmmədova və Nigar Gözəlovaya dövlət mükafatları təqdim edilib.
Təltif olunma mərasimindən sonra incəsənət ustaları maraqlı konsert proqramı ilə çıxış ediblər.

Qeyd edək ki, prezident İlham Əliyev bu gün 2012-ci il üçün Azərbaycan Respublikasının elm sahəsində Dövlət Mükafatının verilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən adı çəkilən şəxslər Azərbaycan Respublikasının elm sahəsi üzrə Dövlət Mükafatına layiq görülüblər.

25.05.2012