Prezident İlham Əliyev: “Bu gün iqtisadi inkişaf templərinə görə Azərbaycan dünya miqyasında lider ölkədir”

prezident-28 may-qebul“Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisədir”. Azərbaycan prezidenti İlham Əliyev bu fikri “Buta” sarayında 28 May – Respublika Gününə həsr olunmuş rəsmi qəbuldakı çıxışı zamanı işlədib.

Dövlət başçısı bildirib ki, Azərbaycan dövləti və xalqı Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsinə böyük hörmətlə yanaşır. Cümhuriyyətin müstəqilliyinin çox qısamüddətli olduğunu qeyd edən dövlət başçısı bu iki il ərzində böyük işlərin görüldüyünü, mühüm dövlət strukturlarının və atributlarının yaradıldığını vurğulayıb. Cümhuriyyətin süqutundan sonra Azərbaycanda sovet dövrünün başlandığını qeyd edən prezident İlham Əliyev bütün çətinliklərə və ideoloji çərçivələrə baxmayaraq, o dövrün də Azərbaycan üçün uğurlu olduğunu bildirib.

“Bu gün iqtisadi inkişaf templərinə görə Azərbaycan dünya miqyasında lider ölkədir”, deyən prezident İlham Əliyev beynəlxalq kredit agentlikləri tərəfindən Azərbaycanın kredit reytinqlərinin yüksək qiymətləndirildiyini bildirib. O qeyd edib ki, ölkə iqtisadiyyatının şaxələndirilməsi təmin olunur, neft və qazdan asılılıq azaldılır, özəl sektorun inkişafına böyük dəstək verilir. Hazırda iqtisadiyyatımızın 80 faizi özəl sektorda formalaşır.

25.05.2012