Bölmə: Xəbərlər

İçərişəhərdə Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbirlər keçiriləcək

Iceri_sheher“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən 1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə İçəri Şəhərdə bir sıra tədbirlər təşkil olunacaq. İdarədən APA-ya verilən məlumata görə, bu gün 16:00-da “Arxeoloji Park”da “DA-ART” uşaq təsviri incəsənət mərkəzinin tələbələrinin müəllifləri olduqları foto, rəsm və digər əl işlərindən ibarət “Tarix uşaqlarımızın gözü ilə” adlı sərgi təşkil ediləcək. Sərgi zamanı uşaqlar müxtəlif tətbiqi-sənət nümunələrini əyani şəkildə hazırlayacaq və arzu edən şəxslərə qısa “master klass”lar keçəcəklər. Tədbir Müslüm Maqomayev adına 26 saylı uşaq musiqi məktəbinin şagirdlərinin və 160 saylı klassik gimnaziyanın özfəaliyyət kollektivlərinin musiqili çıxışı ilə müşayiət olunacaq. Davamı

31.05.2012

Azərbaycan hakimiyyəti QHT-in fəaliyyətinə müdaxilə etmir

Ali_HasanovAzərbaycan hakimiyyəti qeyri-hökümət təşkilatlarını özünün partnyoru hesab edir. 1news.az saytının məlumatına görə, bunu Azərbaycan Prezidenti yanında QHT-rə Dövlət Dəstəyi Şurasının dəstəyilə təşkil olunmuş “Vətəndaş cəmiyyətinin inkişafında QHT-in rolu” adlı konfransda Prezident Administrasiyasının ictimai-siyasi  şöbəsinin müdiri Əli Həsənov bəyan edib. “Son illər QHT-lər ilə hökümət strukturları arasındakı münasibətlər böyük inkişaf yolu keçmışdir. Azərbaycan rəhbərliyi QHT-rə dəstək konsepsiyasını qəbul edib Azərbaycan Prezidenti yanında QHT-rə Dövlət Dəstəyi Şurasını yaratdıqdan sonra bir çox xaricdəki təşkilatlar və dairələr buna paxıllıqla yanaşdı və Azərbaycan hakimiyyətinin qeyri-hökümət təşkilatlarını nəzarət altında saxlayıb onların azad fəaliyyətinə mane olacağına işarə edirdilər” – deyə, dövlət rəsmisi vurğulayıb. Onun sözlərinə görə, Azərbaycanda belə bir siyasət həyata keçirilmir və ötən müddət Azərbaycan hakimiyyətinin qeyri-hökümət sektorunun fəaliyyətinə müdaxilə etmədiyini göstərib. Davamı

31.05.2012

Azərbaycan 57-ci «Eurovision» mahnı müsabiqəsində dördüncü olub

Müsabiqənin qalibi İsveç təmsilçisi Lorin olub
Mayın 26-da Azərbaycanda möhtəşəm «Eurovision 2012» mahnı müsabiqəsinin final şousu keçirilib. APA-nın məlumatına görə, İsveç 372 səslə müsabiqənin qalibi olub. Müsabiqəyə ev sahibliyi edən Azərbaycan müsabiqənin dördüncüsü olub. Müsabiqənin ilk beşliyində – İsveç, Rusiya, Serbiya, Azərbaycan və Albaniya yer alıb.  Davamı

27.05.2012

Alman KİV-i Azərbaycan haqqında məqalələr dərc ediblər

alman_kiv-i“Die Welt” internet nəşrində “Bakı – işıqlar və odlar şəhəridir” başlığı altında məqalə çıxıb. Məqalənin müəllifi Knut Teske Bakını hər hansı bir qərb paytaxtı ilə müqayisə olunmayacaq müasir Avropa şəhəri kimi təsvir edir: “Nə Nyu-York, nə Tokio, Nə Rio, nə London, nə də Paris Bakı ilə müqayisəyə gəlmir. Ola bilsin ki, Roma, daha dəqiq, Roma Forumu, o da ki müəyyən saatlarda”. Xüsusi diqqəti müəllif Bakı binalarının gecə işıqlandırılmasına yönəldir və qeyd edir ki, şəhərin gözəlliyi turistləri heyrətləndirir. “Hazırda Bakı ikinci həyatını yaşayır” – deyə, nəşr Azərbaycanın paytaxtındakı tikinti bumu, “Flame Towers” (“Alov qüllələri”) kimi nəhəng kompleks haqqında söhbət açır. Davamı

25.05.2012