Ermənistan İctimai Televiziyası: Azərbaycanda keçirilən “Eurovision-2012” mahnı müsabiqəsinin final mərhələsini canlı yayımlayacağıq

Ermənistan İctimai Televiziyası Bakıda keçirilən “Eurovision-2012” mahnı müsabiqəsinin final mərhələsini canlı yayımlayacaqAPA-nın məlumatına görə, bu barədə “Panarmenian”a telekanaldan bildiriblər.

Qeyd edək ki, 42 ölkənin iştirak etdiyi “Eurovision-2012” müsabiqəsinin yarımfinal mərhələləri mayın 22 və 24-də keçirilib. Müsabiqənin finalın sabah “Baku Crystal Hall”da keçiriləcək. Final mərhələsində 26 ölkənin təmsilçisi mübarizə aparacaq.

Xatırladaq ki, Ermənistan Bakıda keçirilən “Eurovision-2012” mahnı müsabiqəsində iştirakdan imtina edib.

25.05.2012