Bölmə: Ana səhifə

Ölməz əsərləri ilə yaşayan dahi bəstəkar

Tofiq QuliyevTofiq Quliyev… Azərbaycan caz və estrada, kino musiqisinin banisi, XX-ci əsrdə yaşayıb-yaradan, istər böyüklər, istərsə də uşaqlar tərəfindən sevilən dahi bəstəkar, dirijor və pianoçu. Bu gün, noyabrın 7-də Tofiq Quliyevin dünyaya göz açdığı gündür.

Bir çox simfonik əsərlərin müəllifi olan Tofiq müəllim XX əsrin 70-ci illərinin sonlarında bir çox uşaq və gənc musiqi müsabiqələri, o cümlədən “Bakı payızı”nı yaratmışdır. Nəvəsi Cəmilə Muradasilovaya həsr etdiyi fortepiano üçün “Cəmilənin albomu” uşaq pyesləri məcmuəsindən uşaq musiqi məktəblilərinin repertuarında geniş istifadə edilir. O, “Bəxtiyar”, “Ögey ana”, “Möcüzələr adası”, “Şir evdən getdi”  “Qayğı”, “Şəfa nəğməsi”, “Qardaşlıq köməyi”, “Əbədi Odlar ölkəsi” və bir çox bədii və sənədli filmə musiqi bəstələmiş, bununla da adını Azərbaycan kino tarixinə əbədi olaraq qızıl həriflərlə yazmışdır.

Davamı

7.11.2014

Təhsil Nazirliyi: Azərbaycanda nəinki şagirdlər, bəzən müəllimlər də dərsə getmirləra

Nagiyev“Azərbaycanda eyni şagirdin adının müxtəlif məktəblərdə getməsi və məktəb direktorları tərəfindən müəyyən şagirdlərlə bağlı məlumatların gizlədilməsi hallarına rast gəlinir. Təhsil Nazirliyində həmin məktəb direktorları ilə bağlı məlumatlar var”. APA-nın xəbərinə görə, bunu nazirlikdə keçirilən mətbuat konfransında İnsan resursları şöbəsinin müdir müavini İlham Nağıyev deyib. Davamı

6.11.2014

Təhsil Nazirliyi: Cari tədris ilində dərslər mayın 31-də başa catacaq

Tehsil Nazirliyi bina 111012Nazirlər Kabinetinin dərs ilinin müddətinin artırılması ilə bağlı qərarı bu il tətbiq olunamayacaq. Təhsil Nazirliyi Azərbaycanda ümumtəhsil məktəblərində dərs ilinin müddəti artırılması ilə bağlı məsələyə münasibət bildirib.

Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, Nazirlər Kabinetinin 30 oktyabr 2014-cü il tarixli 362 nömrəli qərarı ilə “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”ndə dərs ilinin müddəti ilə bağlı qəbul edilən normativ akt çərçivə sənədi olduğundan dərs ilinin nə vaxtdan uzadılacağı nazirliyin səlahiyyətlərinə daxildir. Davamı

5.11.2014

Azərbaycanda ümumtəhsil məktəblərində dərs ilinin müddəti artırılıb

Azerbaycan_Nazirler_KabinetiNazirlər Kabineti Təhsil Nazirliyinin təklifini nəzərə alaraq dərs ilinin artırılması ilə bağlı “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə dəyişiklik edib. APA-nın məlumatına görə, dəyişikliyə əsasən ümumtəhsil məktəbində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatacaq. Davamı

5.11.2014

Azərbaycanda Yeni ildə 5 gün iş olmayacaq

Yeni-il-2015Dünya  Azərbaycanlılarının Həmrəylik Günü və Yeni illə əlaqədar Azərbaycanda 5 gün iş olmayacaq. APA-nın məlumatına görə, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü, 1-2 yanvar Yeni illə bağlı bayram günləri elan edilib. Müvafiq olaraq 2015-ci il 3 və 4 yanvar tarixləri şənbə və bazar günlərinə təsadüf etdiyindən Yeni ildə 5 gün qeyri-iş günü olacaq. Davamı

4.11.2014