Bölmə: Ana səhifə

Milli Məclis Avropa Parlamentinin qətnaməsi ilə əlaqədar qərar qəbul edib

Milli_Meclis_2Azərbaycan Milli Məclisinin bu gün keçirilən xüsusi iclasında “Avropa Parlamentinin 2015-ci il 10 sentyabr tarixli qətnaməsi ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin qərarı” adlı sənəd qəbul olunub. APA-nın məlumatına görə, qərar layihəsini MM-in sədr müavini, Avropa İttifaqı − Azərbaycan parlament əməkdaşlığı komitəsinin rəhbəri Valeh Ələsgərov oxuyub.

Sənəddə bildirilir ki, Avropa Parlamentinin məlum qətnaməsi qurumun Azərbaycana qarşı son dərəcə qərəzli olduğunu göstərir: “Azərbaycana şər atılır, nüfuzuna xələl gətirilməsinə və Azərbaycanın təcrid olunmasına cəhd olunur. Ötən ilin sentyabrından bu qurum yeni tərkibdə fəaliyyətə başladığı vaxtdan Azərbaycanla qurum arasında hər hansı dialoqun baş tutması bu təşkilatın bəzi üzvlərinin, o cümlədən sədrinin günahı ucbatından mümkün olmayıb. Davamı

14.09.2015

Deputatlığa namizədlərin qeydə alınması sənədlərin təqdim edilməsi proseduru başlayır

msk_bina_mainSentyabrın 12-dən Azərbaycanda Milli Məclis üzvlüyünə namizədlərin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dairə seçki komissiyalarına təqdim edilməsinə başlanacaq. APA-nın məlumatına görə, Seçki Məcəlləsinə əsasən parlament seçkilərində  namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin təqdim edilməsinə səsvermə gününə ən çoxu 50 və ən azı 30 gün qalmış saat 18.00-dək vaxt ayrılmalıdır.

Milli Məclisə seçkilərlə əlaqədar namizəd və ya onun səlahiyyətli nümayəndəsi, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi tərəfindən namizədlərin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin təqdim edilməsi üçün ayrılan müddət sentyabrın 12-dən başlayacaq, oktyabrın 2-də saat 18:00-da başa çatacaq… Davamı

12.09.2015

Prezident İlham Əliyev Bakı-Xırdalan-Sumqayıt sərnişin qatarı ilə tanış olub

Bakı-Sumqayıt elektrikBu gün Azərbaycan prezidenti İlham Əliyev Bakı dəmiryolu vağzalında əsaslı təmir olunmuş Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində bu günlərdə istifadəyə veriləcək Bakı-Xırdalan-Sumqayıt sərnişin qatarı ilə tanış olub.

APA-nın məlumatına görə, dövlət başçısı “Stadler Rail Group” şirkətinin “Stadler Minsk” zavodunda istehsal olunmuş KİSS markalı elektrik qatarında sərnişinlər üçün yaradılan şəraitdən razı qalıb.

Daha sonra açılış mərasimi keçirilib və ilk Bakı-Xırdalan-Sumqayıt qatarı yola düşüb. Davamı

12.09.2015

Azərbaycan prezidenti Astanada Qazax xanlığının yaranması ilə əlaqədar keçirilən yubiley tədbirlərinə qatılıb

İlham_Əliyev-Nursultan_NazarbayevAzərbaycan prezidenti İlham Əliyev Astanada Qazax xanlığının yaranmasının 550 illik yubileyinə həsr olunan tədbirlərə qatılıb. APA-nın xəbərinə görə, bu barədə “Kazakhistan today” agentliyi məlumat yayıb. Astanada Müstəqillik Sarayında keçirilən tədbirlərdə Qazaxıstan prezidenti Nursultan Nazarbayev qazax xalqını təbrik etdikdən sonra xarici qonaqları, o cümlədən Azərbaycan və Qırğızıstan prezidentlərini salamlayıb.
Xatırladaq ki, bu gün Astanada Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının V sammiti keçiriləcək. Sammitdə Azərbaycan prezidenti də iştirak edəcək. Türkiyəni isə Türkiyə Böyük Millət Məclisinin sədri İsmət Yıldız təmsil edəcək.

11.09.2015

Sentyabrın 15-dən Bakı metrosu qış qrafikinə keçir

MetroYeni tədris ilinin başlanması, qış mövsümünün yaxınlaşması ilə əlaqədar olaraq Bakı metrosunun bütün stansiyalarında sərnişin axınının nəzərə çarpacaq dərəcədə artması proqnozlaşdırılır ki, bu da maksimum hərəkət ölçüləri – saatda 30 cüt qatar hərəkət qrafikinin istifadə olunması zərurətini doğurur. Bu barədə “APA-Economics”ə “Bakl Metropoliteni” QCS-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib.

Onun sözlərinə görə, bunları nəzərə alaraq sərnişindaşıma qabiliyyətini artırmaq, sərnişinlərə xidmət səviyyəsini yüksəltmək, hərəkət tərkiblərindən daha da səmərəli istifadə etmək məqsədilə sentyabrın 15-dən Bakı metrosu qış qrafikinə keçir. Davamı

10.09.2015