İyun ayının 1-də Bakı Şəhər İcra Hakimiyyəti Yaşıl Teatrda Uşaqları Beynəlxalq Müdafiə Gününə həsr edilmiş konsertlər silsiləsinə start verdi. Konsertdə “Yeni Uşaq Mahnıları-2013” müsabiqəsinin qaliblərindən biri olan Gülzar İbrahimovanın sözlərinə Elşən Nicatın bəstələdiyi “Bağçamız” mahnısı da uşaqların ifasında böyük həvəslə səslənmiş və dinləyicilərin gurultulu alqışlarına layiq görülmüşdür. Qeyd edək ki, bu və müsabiqənin digər qalib mahnıları artıq bağçalarımızda populyarlaşıb və ifa olunurlar.
Mahnını yaradan Elşən Nicatı və Gülzar İbrahimovanı təbrik edirik! VİDEO Davamı

Sabahın gəlinlərini məhv etməyin
Dostlar, 2013-cü ildə ELS-Müstəqil Araşdırmalar Mərkəzi uşaq mahnıları sahəsində olan boşluğu doldurmaq məqsədilə “Yeni uşaq mahnıları-2013” müsabiqəsini keçirib. Müsabiqəyə 77 mahnı təqdim olunmuş, on mahnı isə peşəkar münsiflər heyəti tərəfindən qalib elan edilmişdi. Qalib mahnılar Gənc Tamaşaçılar Teatrında 19.12.2013 tarixində qala-konsertdə təqdim olunmuşdur.
Azərbaycanda Vətəndaş Cəmiyyətinə Yardım Assosiasiyasının 2013-cü ildə başladığı «Sərsəng – humanitar faciənin qarşısının alınması» layihəsi diplomatiyamızın uğurlu fəaliyyəti sayəsində AŞPA-da işğalçı Ermənistandan Azərbaycan ərazilərini qəti surətdə tərk etməyi tələb edən qətnamənin qəbulu ilə nəticələnmişdir. Belə ki, 2016-cı il yanvarın 26-da Avropa Şurası Parlament Assambleyası (AŞPA) Strasburqda Bosniya və Herseqovinadan olan deputat Milisa Markoviçin Azərbaycanla bağlı hazırladığı “Azərbaycanın sərhədyanı ərazilərində yaşayan əhali qəsdən sudan məhrum edilib” adlı məruzəsi əsasında qətnamə qəbul edib…
Bu gün Azərbaycan xalqının şanlı səhifəsinə çevrilmiş 20 Yanvar qanlı hadisələrindən 26 il ötür. Həmin gün Azərbaycan xalqı əsrlər boyu qəlbində yaşatdığı milli azadlıq və istiqlal istəyindən geri çəkilmədiyini, bu müqəddəs amal uğrunda hətta canından belə keçməyə hazır olduğunu bütün dünyaya nümayiş etdirdi.
