“Ekzit-poll” tədqiqatında seçicilərin fəallığı 32,6%
Saat 13:00 olan məlumata görə, Milli Məclisə seçkilərdə “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin həyata keçirdiyi “Ekzit-poll” tədqiqatında 32,6% seçici səs verib. Seçici fəallığı Bakı ilə müqayisədə ən çox regionlarda qeydə alınıb.
Kütləvi informasiya vasitələri, o cümlədən telekanallar gün ərzində qərargahın işini nəzarətdə saxlayır.
Qeyd edək ki, “ELS” Müstəqil Araşdırmalar Mərkəzi 118 seçki dairəsinin 1180 seçki məntəqəsində “Ekzit-poll” tədqiqatı keçırır. Bütövlükdə prosesə 2600 nəfər cəlb olunub… FOTOQALEREYA Davamı

Azərbaycan prezidenti İlham Əliyev xanımı Mehriban Əliyeva və ailə üzvləri ilə birlikdə 6 saylı seçki məntəqəsində səs verib. APA-nın məlumatına görə, dövlət başçısı səsvermə otağına daxil olub seçki bülletenini alaraq kabinəyə keçib və sonra bülleteni qutuya salıb. M. Əliyeva və ailə üzvləri də səs veriblər.
“Ekzit-poll” tədqiqatında seçicilərin fəallığı 12,2 %
Oktyabrın 31-də “ELS” Müstəqil Araşdırmalar Mərkəzi 2015-ci il Parlament seçkilərində həyata keçirəcəyi “Ekzit-poll” layihəsinə hazırlıq işlərini başa çatdırıb. Mərkəzin “Ambassador Hotel”dəki qərargahında son iki gündə regionlar, bu gün isə Bakı, Sumqayıt və Abşeronda tədqiqatı həyata keçirəcək supervayzer və intervüerlərə istifadə edəcəkləri sənəd və ləvazimatlar paylanıb.
Oktyabrın 31-də “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin “Ambassador Hotel”də yerləşən qərargahında noyabrın 1-də “Ekzit-poll” tədqiqatında iştirak edəcək kompüter və telefon operatorları üçün treninqlər keçirilib. Belə ki, səsvermə günü telefon operatorları intervüerlərdən məlumatları alıb kompüter operatorlarına ötürəcəklər. “Ekzit-poll”un nəticələri seçki günü 20.00-dək elan olunacaq… 
