Azərbaycan prezidenti İlham Əliyevin şimal-qərb bölgəsinə səfəri başlayıb. APA-nın yerli bürosunun xəbərinə görə, səfər Zaqatala rayonundan başlanıb. Zaqatala Mədəniyyət və İstirahət Parkında Heydər Əliyevin abidəsini ziyarət edən dövlət başçısı Müəllimlər İnstitutunun Zaqatala rayon filialının binasının açılışında iştirak edib.
Daha sonra prezident İlham Əliyev Heydər Əliyev Mərkəzinin, Heydər Əliyev Fondunun yardımı ilə tikilən körpələr evi – uşaq bağçasının, Zaqatala-Danaçı-Aşağı Çardaxlar avtomobil yolunun açılış mərasimlərinə qatılıb.
Prezident İlham Əliyev Zaqataladan Şəki rayonuna gedib. Dövlət başçısı Şəkidə də bir sıra obyektlərin açılışında iştirak edəcək.

İradə Yaqubova canlı efirdən hər kəsə dərin minnətdarlığını bildirdi
Noyabrın 1-də səsvermə bitdikdən 40 dəqəqdən sonra “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova “Ekzit-poll” tədqiqatının yekun nəticələrini açıqlayıb. Tədqiqatın gedişatını işıqlandıran bütün kütləvi informasiya vasitələrinə minnətdarlığını bildirən İ.Yaqubova Mərkəzin fəaliyyətinin hər zaman şəffaf olduğunu vurğulayıb. Beləliklə, ölkə üzrə 118 dairə üzrə nəticələr aşağıdakılardır:
Saat 16:00 olan məlumata görə, Milli Məclisə seçkilərdə “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin həyata keçirdiyi “Ekzit-poll” tədqiqatında 46,2% seçici səs verib.
