Bölmə: Ana səhifə

Azərbaycan Qoşulmama Hərəkatına 3 il müddətinə sədrlik edəcək

qosulmamaQoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının Venesuela Bolivar Respublikasının Marqarita adasında “İnkişaf naminə sülh, suverenlik və həmrəylik” devizi altında 17-ci sammiti keçirilib. Azərbaycan tərəfi bu hərəkatın üzvü kimi sammitdə iştirak edib.

Qeyd edək ki, Azərbaycan Respublikası Qoşulmama Hərəkatına 2011-ci ildə üzv olub və BMT-dən sonra dünya miqyasında ən çox ölkənin təmsil olunduğu nüfuzlu beynəlxalq təsisat ilə əməkdaşlığı xüsusi əhəmiyyət kəsb edir. Davamı

21.09.2016

Referendumla əlaqədar dərslər dayandırılacaq? – RƏSMİ CAVAB

referendumla-%c9%99laq%c9%99dar-d%c9%99rsl%c9%99r-dayandirilacaq-r%c9%99smi-cavabAzərbaycan Təhsil Nazirliyi seçki məntəqələrinin əsasən, orta məktəblərdə yaradıldığını nəzərə alaraq, referendum öncəsi və sonrası, yəni sentyabrın 24-də və 27-də dərslərin keçirilib-keçirilməcəyinə aydınlıq gətirib. Milli.Az bildirir ki, nazirlikdən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, sentyabrın 26-da referendumun keçirilməsi tədrisin işinə mane olmayacaq.

Belə ki, altı günlük tədris həftəsi ilə işləyən məktəblərdə sentyabrın 24-də dərslər keçiriləcək. Sentyabrın 27-də də ölkənin bütün məktəblərində tədris normal qaydada davam etdiriləcək.

Qeyd edək ki, Seçki Məcəlləsinə əsasən, səsvermə günü seçki (referendum) keçirilən ərazidə iş günü hesab olunmur. Buna görə də sentyabrın 26-na təyin olunmuş Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı referendum günü qeyri-iş günü hesab olunacaq.

20.09.2016

“ELS” treninqlər keçirir

Sentyabrın 17-də “ELS” Müstəqil Araşdırmalar Mərkəzi 26 sentyabr 2016-cı il ümümxalq səsverməsi (referendum) zamanı həyata keçirəcək “Ekzit-poll” (“Exit-poll”) tədqiqatı ilə bağlı bütün ölkə ərazisində supervayzer və intervüerlər üçün treninqlərə başlamışdır.

Qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə ümumxalq səsverməsi (referendum) keçirilməsi haqqında sərəncam imzalamışdır. FOTOQALEREYA Davamı

19.09.2016

Sentyabrın 26-ı Azərbaycanda qeyri-iş günü olacaq

26-sentyabrSentyabrın 26-ı qeyri-iş günü olacaq. APA-nın məlumatına görə, Konstitusiyada dəyişikliklər edilməsi məqsədi ilə sentyabrın 26-na ümumxalq səsverməsi (referendum) təyin edilib. Sentyabrın 26-ı bazar ertəsinə təsadüf edir. Seçki Məcəlləsinin 8.2-ci maddəsinə əsasən, səsvermə günü seçki (referendum) keçirilən ərazidə iş günü hesab olunmur. Buna görə də 26 sentyabr ölkədə qeyri-iş günüdür.

16.09.2016

“ELS” təbrik edir!

tebrik15-09-2016Bu gün ümid, arzu və xəyallarla gələcəyə baxdığımız “Bilik günü”dür. Yaşımızdan asılı olmayaraq həyacanla yaşadığımız bir gün. Hər bir uşağın tərbiyələndirilməsi ailədən başlasa da, vətəndaş kimi formalaşması məhz məktəbdə baş verir. Məktəbdə keçdiyimiz dövr həyat yolumuz, mənəvi dəyərlər, əqidə və məqsədlərimizə bilavasitə təsir edir. Valideynlərimiz üçün dəyərli övlad, cəmiyyətimiz və dövlətimiz üçün layiqli vətəndaş olmaq şərəf və qürurverici hisdir.

“ELS” Müstəqil Araşdırmalar Mərkəzinin kollektivi təhsil və bilik uğrunda ilk addımını atan balaca balaları təbrik edir, təhsildə uğurlar arzulayır. İnanırıq ki, XXI əsrdə üzərinizə düşən vəzifələri yerinə yetirməklə müstəqil Azərbaycanın xoşbəxt gələcəyini məhz siz təmin edə biləcəksiniz.

15.09.2016