Bölmə: Ana səhifə

Prezident İlham Əliyev Bakıda orta məktəbin yeni binasının açılışında iştirak edib

15-sentyabr-ilham-aliyevPrezident İlham Əliyev sentyabrın 15-də – Bilik günündə Bakının Sabunçu rayonunda yerləşən 311 nömrəli tam orta məktəbin yeni binasının açılış mərasimində iştirak edib. APA-nın xəbərinə görə, dövlət başçısı məktəbin binasının rəmzi açılışını bildirən lenti kəsdi və burada yaradılan şəraitlə tanış olub.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlərlə bağlı Azərbaycan Prezidentinə məlumat verib. Qeyd edilib ki, 960 şagird yerlik üçmərtəbəli məktəbdə tədris iki növbədə aparılacaq.

Məktəbdə yaradılan şəraitlə tanış olan Prezident İlham Əliyev təhsil ocağının müəllim və şagirdləri ilə görüşüb.

Sonda xatirə şəkli çəkdirilib.

15.09.2016

Bu gün Azərbaycanda “Bilik günü”dür

bilik_gunu2016-09-15Bu gün Azərbaycanda “Bilik günü” qeyd olunur. APA-nın xəbərinə görə, bu tədris ilində ölkə üzrə 164 033 nəfər şagird I sinfə gedəcək. 4472 ümumi təhsil müəssisəsində təhsil alacaq şagirdlərin ümumi sayı isə 1 415  242 nəfər təşkil edəcək. Yeni dərs ilində Bakı şəhəri üzrə 43 397 şagird I sinfə gedəcək, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan məktəblərdə yeni tədris ilində 354 573 nəfər şagird təhsil alacaq.

Yeni tədris ilindən ölkə üzrə 29 yeni məktəb istifadəyə veriləcək (o cümlədən, Təhsil Nazirliyinin sifarişi ilə 7 məktəb). 17 məktəbdə əsaslı, 384 məktəbdə cari təmir işləri aparılıb. 10 təhsil müəssisəsinin tikintisi isə davam edir. Yeni tədris ilində Təhsil Nazirliyinin Əsaslı Tikinti və Təchizat İdarəsinin sifarişi ilə 2 internat məktəbi əsaslı təmir olunaraq istifadəyə veriləcək. Davamı

15.09.2016

“Exit-poll” keçirmək istəyən təşkilatların akkreditasiya müddəti başa çatır

Sechki-qutuSentyabrın 26-na təyin edilmiş referendumda “exit-poll” keçirmək üçün müraciət etmiş təşkilatların akkreditasiyası barədə qərarın qəbul edilməsi üçün ayrılan müddət sabah başa çatır. APA-nın məlumatına görə, “Azərbaycan Respublikasında seçkilərdə “exit-poll” keçirən təşkilatların akkreditasiyası Qaydaları”na əsasən  Mərkəzi Seçki Komissiyası səsvermə gününə ən azı 10 gün qalanadək “exit-poll” keçirmək üçün müraciət etmiş təşkilatların akkreditasiyası barədə qərar qəbul etməlidir. Referendumla əlaqədar bu müddət sentyabrın 16-na qədərdir. Davamı

14.09.2016

Prezident 58 və 261 nömrəli məktəblərdə yaradılan şəraitlə tanış olub

prezident-58-v%c9%99-261Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 13-də Xətai rayonundakı 58 nömrəli tam orta məktəbin binasında əsaslı təmir və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub. Dövlətimizin başçısına məlumat verildi ki, məktəbdə yeni dərs ilində şagirdlərin tədris, təlim və tərbiyə işlərinin yüksək səviyyədə həyata keçirilməsi üçün hər cür şərait yaradılıb.

Tədris ocağında ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin təhsilin inkişaf etdirilməsi ilə bağlı gördükləri işləri əks etdirən fotostend qurulub. Bu il məktəb üçün 20 əlavə sinif otağı, 1 informatika və 3 fənn laboratoriyası inşa olunub. 576 şagird yerlik yeni sinif otaqlarında təlim-tərbiyə, tədris prosesinin yüksək səviyyədə həyata keçirilməsi üçün bütün şərait yaradılıb. Davamı

13.09.2016

Venesiya Komissiyası ilkin rəyini Azərbaycanda referenduma bir həftə qalmış təqdim edəcək

venesiya-komissiyasi-ilkin-r%c9%99yini-az%c9%99rbaycanda-referendumaVenesiya Komissiyası sentyabrın 26-da Azərbaycanda keçiriləcək referendumla bağlı ilkin rəyi referenduma bir həftə qalmış hazırlayacaq və ictimaiyyətə təqdim edəcək. Bu barədə APA-ya Venesiya Komissiyasından məlumat verilib. Məlumatda bildirilir ki, daha sonra ilkin rəy təsdiq üçün Venesiya Komissiyasının 14-15 oktyabr tarixlərində Venesiyada keçiriləcək plenar sessiyasına təqdim olunacaq.

Xatırladaq ki, AŞPA-nın sentyabrın 5-də keçirilən büro iclasında Azərbaycanda keçiriləcək referenduma dair rəy verməsi üçün Venesiya Komissiyasına müraciət etməklə bağlı qərar qəbul edib.

10.09.2016