Bölmə: Ana səhifə

Prezident İlham Əliyev Qurban bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edib

ilham-aliyev-tebrikAPA-nın məlumatına görə, dövlət başçısının təbrikində deyilir: “Hörmətli həmvətənlər! Sizi və dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımızı müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, ailə səadəti və işlərinizdə uğurlar arzulayıram. Xeyirxahlığın, insanpərvərliyin, bərabərliyin rəmzi olan mübarək Qurban bayramı insanları mərhəmətə, həmrəyliyə, qardaşlıq və humanizmə dəvət edən bir bayramdır.

Bu əziz gündə müsəlmanlar Allah və din yolunda, xeyirxah amallar uğrunda hər cür fədakarlığa hazır olduqlarını, mənəvi dəyərlərə bağlılıqlarını nümayiş etdirir, Uca Tanrıya yaxınlığın fərəhini yaşayırlar. Davamı

10.09.2016

Təhsil Nazirliyi məktəbli formaları ilə bağlı əhaliyə müraciət edib

mektebli-formasiTəhsil Nazirliyi məktəbli formaları ilə bağlı əhaliyə müraciət edib. APA-nın xəbərinə görə, müraciətdə bildirilib ki, məktəbli formasının satışı və alışı ilə bağlı məcbur etmə tədbirləri ola bilməz.

“Heç bir məktəb, yerli təhsil idarəetmə qurumları məktəbli formalarının müəyyən olunmuş ticarət şəbəkələrindən alınması ilə bağlı şərt qoya bilməz. Ona görə də valideynlər istədikləri yerdən, istədikləri ticarət şəbəkəsindən məktəbli formasını almaqda sərbəstdirlər”, – deyə müraciətdə qeyd olunub.

9.09.2016

“ELS” Mərkəzi Seçki Komissiyası tərəfindən qeydə alınıb

Secki-Ekzitpoll2013Mərkəzi Seçki Komissiyası Konstitusiyaya dəyişikliklərlə əlaqədar sentyabrın 26-a təyin edilmiş Referendumda “Ekzit-poll” keçirmək istəyən təşkilatların müraciətlərinə baxıb. MSK “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin 118 seçki dairəsində 400 seçki məntəqəsində “Ekzit-poll” keçirmək üçün qeydə alıb.

Qeyd edək ki, Mərkəz 2008-ci ildən etibarən Azərbaycanda keçirilən Prezident, Parlament, bələdiyyə seçkiləri, həmçinin 2009-cu ildə keçirilən Referendum zamanı 118 seçki dairəsinin 800 məntəqəsində “exit-poll” tədqiqatı aparmışdır.

8.09.2016

Prezident İlham Əliyev Bakıdakı 247 nömrəli məktəbdə əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub

İlhm-Aliyev-247Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 7-də Bakının Nəsimi rayonundakı şəhid Abdulla Rəhimov adına 247 nömrəli tam orta məktəbin əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olub.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov məktəbdə həyata keçirilən əsaslı təmir və yenidənqurma işləri ilə bağlı dövlətimizin başçısına məlumat verdi. Yeni dərs ilində şagirdlərə tədris, təlim və tərbiyə işlərinin yüksək səviyyədə həyata keçirilməsi üçün məktəbdə yüksək şərait yaradılıb. Davamı

7.09.2016

Bakıdakı bir sıra orta məktəblərin binaları əsaslı təmirdən sonra istifadəyə verilib

İlham-Aliyev-109Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 5-i və 6-da  Bakının Nizami rayonundakı 229 və 109, Xətai rayonundakı 245 və 265 nömrəli tam orta məktəblərinin əsaslı təmir işlərindən sonra açılışında iştirak edib. Məktəb binalarında əsaslı təmir işləri dövlət başçısının Sərəncamı ilə təsdiq edilmiş “2014-2016-cı illərdə Bakı və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na əsasən həyata keçirilib. Davamı

6.09.2016