Martın 18-də keçiriləcək referendumla bağlı təbliğat-təşviqat kampaniyası başlayıb. Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat xidmətindən verilən məlumata görə, referendumla bağlı qeydə alınmış təşviqat qrupları bu gündən qanunda nəzərdə tutulmuş təbliğat və təşviqat vasitələrindən istifadə etməklə kampaniyanı apara bilərlər. Təşviqat qruplarının kampaniyanı aparması üçün onların hər birinə dövlət büdcəsindən 23 min manat pul vəsaiti ayrılıb, həmçinin televiziyada pulsuz efir vaxtı verilib və dövlət büdcəsindən maliyyələşən qəzetlərdə yer ayrılıb. Təbliğat-təşviqat kampaniyası səsverməyə 24 saat qalmış – martın 17-si saat 8.00-da dayandırılacaq. Davamı
Bölmə: Ana səhifə
AVCİYA Referendumla bağlı geniş fəaliyyət proqramını həyata keçirir
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) 18 mart 2009 – cu il tarixidə keçiriləcək refendumla bağlı geniş fəaliyyət proqramını mərhələlər üzrə həyata keçirir. Bununla bağlı AVCİYA Seçki Qərargahı reeferenduma hazırlıq mərhələsini, referendum gününü və referendumndan sonrakı proseslərin monitorinqini həyata keçirmək üçün yanvar ayının 10 – dan intensiv fəaliyyətə başlayıb. Monitorinq prosesində 15 qəzet (“Azərbaycan”, “Yeni Azərbaycan”, “Üç nöqtə”, “Həftə içi”, “Xalq cəbhəsi”, “Ədalət”, “Şərq” «Səs», «Yeni Müsavat», «Azadlıq», «Bizim yol» , «Exo», «Zerkalo», «Ekspress», «525-ci qəzet») və 4 telekanalın (İTV, Az.TV, ANS, «Lider») fəaliyyətinin də müşahidəsi həyata keçirilir. Davamı
Venesiya Komissiyası Azərbaycanda referenduma təqdim olunmuş təklifləri öyrənməyə başlayıb
Avropa Şurasının Venesiya Komissiyasının ekspertləri Azərbaycanda Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı referenduma təqdim olunmuş təklifləri öyrənməyə başlayıb.
Bu barədə Venesiya Komissiyasının seçkilər və referendumlar şöbəsinin əməkdaşı Sergey Kuznetsov məlumat verib. O bildirib ki, referenduma çıxarılacaq əlavə və dəyişikliklərə hüquqi rəy vermək xahişi komissiyaya Avropa Şurası Parlament Assambleyasından daxil olub. S. Kuznetsov deyib ki, öyrənilməsi lazım olan sənədlər artıq VK-ya təqdim edilib. Hazırlanacaq rəy komissiyanın martın 13-14-də keçiriləcək plenar sessiyasında müzakirə olunacaq.
Mənbə: www.apa.az Davamı
Referendumu izləmək üçün seçki komissiyalarına 2580 nəfər müraciət edib
Martın 18-də keçiriləcək referendumu izləmək üçün seçki komissiyalarına bu günə qədər 2580 nəfər müraciət edib. Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) hüquq şöbəsindən məlumat verilib. Müraciətlərin 354-ü MSK-ya, 2226-sı isə dairə seçki komissiyalarına ünvanlanıb. Müşahidəçilərin qeydiyyatı səsvermə gününə 10 gün qalanadək davam edəcək. MSK-ya müraciət etmiş şəxslər istənilən seçki dairəsində, DSK-lara müraciət edənlər isə müraciət etdikləri seçki dairəsinin ərazisindəki seçki məntəqələrində müşahidə aparmaq hüququna malik olacaqlar.
Mənbə: www.apa.az Davamı
MSK Püşkatma Komissiyası yaradıb
Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti toplantısı keçirilib. Iclasda bu il martın 18-ə təyin olunmuş referendumda iştirak edəcək təşviqat qruplarına ayrılan pulsuz efir vaxtının bölgüsünün həyata keçirilməsi üçün Püşkatma Komissiyası yaradılıb. Komissiyaya MSK üzvləri Azər Tağıyev, Fuad Cavadov, Almas Qəhrəmanlı, MSK-nın şöbə müdirləri İradə Cavadova və Azər Sarıyev daxil edilib. Efir vaxtının bölgüsü üçün fevralın 18-də püşkatma keçiriləcək. Davamı


