MSK Püşkatma Komissiyası yaradıb

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti toplantısı keçirilib. Iclasda bu il martın 18-ə təyin olunmuş referendumda iştirak edəcək təşviqat qruplarına ayrılan pulsuz efir vaxtının bölgüsünün həyata keçirilməsi üçün Püşkatma Komissiyası yaradılıb. Komissiyaya MSK üzvləri Azər Tağıyev, Fuad Cavadov, Almas Qəhrəmanlı, MSK-nın şöbə müdirləri İradə Cavadova və Azər Sarıyev daxil edilib. Efir vaxtının bölgüsü üçün fevralın 18-də püşkatma keçiriləcək.

İclasda “Hüquq və Demokratiya”, “Şəhər”, “Tərəqqi”, “Vətəndaş cəmiyyəti” və “Davamlı İnkişaf Naminə” təşviqat qruplarının MSK-da məşvərətçi səs hüquqlu komissiya üzvləri, səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxslərinin siyahısı təsdiq olunub.

Mənbə: www.apa.az

17.02.2009