İki təşkilat birlikdə 2 minə yaxın şəxslə əməkdaşlıq edəcək.
“ELS” Müstəqil Araşdırmalar Mərkəzi və Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) martın 18-nə təyin olunmuş referendumda “exit-poll” keçirmək üçün bu həftə ərzində Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edəcək. “ELS”-in rəhbəri İradə Yaqubova Lent.az-a bildirib ki, 118 dairə seçki komissiyası olmaqla 800 seçki məntəqəsində “exit-poll” keçirmək planlaşdırılıb. Hər məntəqədə 2 nəfər intervüyer (ümumilikdə 1600 nəfər), 4 məntəqədə isə 1 nəfər superveyzer (ümumilikdə 200 nəfər) fəaliyyət göstərəcək. Ümumilikdə 18 mart referendumunda “exit-poll” keçirmək üçün “ELS” və AVCİYA birlikdə 2 minə yaxın şəxslə əməkdaşlıq edəcək. Davamı
Bölmə: Ana səhifə
Naxçıvanda referendumla bağlı seminar-müşavirələr keçirilir
Azərbaycanda martın 18-də keçiriləcək referendumla bağlı Naxçıvan Muxtar Respublikası (MR) Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən seçkilərə hazırlığın vəziyyətinin öyrənilməsi və seçicilərin maarifləndirilməsi məqsədilə seminar-müşavirələrin keçirilməsinə başlanılıb. Naxçıvan MR MSK-nın mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Ramil Sadıqovun verdiyi məlumata görə, bu gün ilk tədbir 4 saylı Seçki Dairəsi üzrə Naxçıvan şəhərində baş tutub. Məntəqə seçki komissiyalarının üzvlərinin və paytaxt seçicilərinin qatıldığı tədbirdə hüquqşünaslar tərəfindən konstitusiyaya ediləcək dəyişiklərin mahiyyəti izah edilib. Növbəti mərhələdə belə seminar müşavirələri muxtar respublikanın digər bölgələrini də əhatə edəcək. Davamı
Referendumla bağlı dövlət büdcəsindən ayrılan vəsait təşviqat qruplarının seçki fondlarına köçürülüb
Martın 18-də keçiriləcək referendumla bağlı Təşviqat qruplarına dövlət büdcəsindən ayrılan maliyyə vəsaiti həmin qrupların seçki fondlarına köçürülüb. Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat xidmətindən məlumat verilib. Hər bir təşviqat qrupuna 23 min AZN ayrılıb. Seçkilərdən fərqli olaraq referendumda dövlət büdcəsindən ayrılan vəsaitin geri qaytarılması tələb olunmur. Yalnız seçki fondunda dövlət büdcəsindən alınan pulun xərclənməmiş hissəsinin geri qaytarılması nəzərdə tutulur. Davamı
Azərbaycanın dövlət başçısının fəaliyyətinə həsr olunan kitabların təqdimat mərasimi keçirilib
Bu gün Azərbaycan prezidentinin 5 illik fəaliyyəti və ötən il keçirilən prezident seçkilərinin sosioloji təhlilinə həsr olunan kitabların təqdimat mərasimi keçirilib.
“Qısa müddətdə respublikamızın bütün regionlarında “İlham Əliyevin 5 illik prezidentlik fəaliyyəti və Azərbaycanda vətəndaş cəmiyyəti” mövzusunda sosioloji sorğu keçirdik. Əhalinin həm dövlət başçısına, həm də prezidentlik fəaliyyətinə münasibətini müəyyənləşdirdik”, – çərşənbə axşamı Trend Xəbərlər Şirkətinin Beynəlxalq Mətbuat Mərkəzində keçirilən tədbirdə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) seçki qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı bildirib. Davamı
Azərbaycan Milli Bankı: “Referendumun nəticəsindən asılı olaraq, pul əskinazlarında dəyişikliklər edilə bilər”
Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklər haqqında referendum aktına müvafiq olaraq Azərbaycan Milli Bankının (AMB) Mərkəzi Bank adlandırılması ilə əlaqədar nəzərdə tutulan dəyişikliklərlə bağlı AMB bir daha bəyan edib ki, dövriyyədə olan milli pul nişanları, habelə həmin pul nişanları üzrə yaradılmış ehtiyatlar dəyişdirilməyəcək və yeniləri ilə əvəzlənməyəcək. Davamı


