AVCİYA Referendumla bağlı geniş fəaliyyət proqramını həyata keçirir

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) 18 mart 2009 – cu il tarixidə keçiriləcək refendumla bağlı geniş fəaliyyət proqramını mərhələlər üzrə həyata keçirir. Bununla bağlı AVCİYA  Seçki Qərargahı reeferenduma hazırlıq mərhələsini, referendum gününü və referendumndan sonrakı proseslərin monitorinqini həyata keçirmək üçün yanvar ayının 10 – dan intensiv fəaliyyətə başlayıb. Monitorinq prosesində 15 qəzet (“Azərbaycan”, “Yeni Azərbaycan”, “Üç nöqtə”, “Həftə içi”, “Xalq cəbhəsi”, “Ədalət”, “Şərq” «Səs», «Yeni Müsavat», «Azadlıq», «Bizim yol» , «Exo», «Zerkalo», «Ekspress», «525-ci qəzet») və 4  telekanalın (İTV, Az.TV, ANS, «Lider») fəaliyyətinin də müşahidəsi həyata keçirilir. AVCİYA  Seçki Qərargahı  Referendum ərəfəsi ilkin mərhələnin mart ayının 10 – na qədərki dövrünün müşahidəsini başa şatdırdıqdan sonra Aralıq Hesabat hazırlayacaq. Referendumun səhəri günü nəticələrlərlə bağlı İlkin Rəy, daha sonra isə Yekun Rəy ictimaiyyətin diqqətinə çatdıracaq. AVCİYA  Seçki Qərargahı  iş planın uyğun olaraq Referendumla bağlı əhalinin maarifləndirilməsi üçün  kitab və  buklet hazırlayaraq nəşriyyata təqdim edib.  MSK – nın təlimatına uyğun olaraq fevralın 18 – dən sonra regionlarda maarifçilik işlərinə başlanılacaq. Bundan əlavə AVCİYA Referendum günü ELS təşkilatı ilə birlikdə  “exit – poll”un da təşkilini planlaşdırır. AVCİYA  Seçki Qərargahı  bu həftənin axırı müşahidəçlərin sənədlərinin MSK – ya təqdim etdikdən sonra plana uyğun olaraq digər işləri mərhələlərlə davam etdirəcək. Seçki Qərargahı  Referendumdan sonra kitab nəşrini də planlaşdırır.

AVCİYA  Seçki Qərargahı

18.02.2009