Dəyişikliyə əsasən, Milli Məclisin daimi komissiyaları daimi komitələr adlandırılacaq. Bu məsələ “Azərbaycan Respublikası Konstitusiyasına təklif edilən əlavə və dəyişikliklər haqqında” Referendum Aktı layihəsində də əksini tapıb. Konstitusiyanın Milli Məclisin işinin təşkilindən bəhs edən 92-ci maddəsinə edilən təklifdə qeyd olunur ki, Azərbaycan Respublikasının Milli Məclisi öz iş qaydasını müəyyən edir və Milli Məclisin müvafiq orqanlarını yaradır, o cümlədən öz sədrini və onun müavinlərini seçir, komitələr və komissiyalar təşkil edir, Hesablama Palatası yaradır. Davamı
Bölmə: Ana səhifə
AŞ PA Monitorinq Komitəsində Azərbaycanla bağlı müzakirələr aparılıb
Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sessiyası çərçivəsində keçirilən Monitorinq Komitəsinin (MK) iclasında Azərbaycanla bağlı müzakirələr aparılıb. APA-nın Strasburqa ezam olunmuş xüsusi müxbirinin məlumatına görə, 45 dəqiqə çəkən müzakirələrdə MK-nın Azərbaycan üzrə həmməruzəçiləri Andres Herkel və Yevgeniya Jivkova Azərbaycanda martın 18-də keçiriləcək referendum, Azərbaycanda xarici radiostansiyaların fəaliyyətin dayandırılması, Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunusa qarşı məhkəmə iddiası və politoloq Zərdüşt Əlizadənin oğlunun həbsi ilə bağlı fikirlərini söyləyiblər. Davamı
«Sağlamlığına, gələcəyinə, firavanlığına YOX DEMƏ!» – monitorinqin nəticələri
«Sağlamlığına, gələcəyinə, firavanlığına YOX DEMƏ!» – PRESS-RELİZ
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Gənclər və İdman Nazirliyi, ilə «ELS» Müstəqil Araşdırmalar Mərkəzi (MAM) 2008-ci il aprel ayının 30-da Beynəlxalq Mətbuat Mərkəzində saat 13.00-14.30 -da «Sağlamlığına, gələcəyinə, firavanlığına YOX DEMƏ!» kampaniyası çərçivəsində “Siqaretə YOX deyək!” mövzusunda Dəyirmi masa keçirəcək. Tədbirdə Prezidentin İcra Aparatı, Milli Məclis, Bakı şəhər və rayon İcra Hakimiyyəti, müvafiq nazirlik və baş idarələrin rəsmilərinin, o cümlədən QHT və media təmsilçilərinin iştirakı planlaşdırılmışdır. Davamı
Azərbaycanda referendum keçirmək üçün 22 milyon 444 manat vəsait ayrılıb
Azərbaycanda martın 18-də referendumun keçirilməsi üçün dövlət büdcəsinin Ehtiyat Fondundan 22 milyon 444 manat vəsait ayrılıb. Mərkəzi Seçki Komissiyasının (MSK) maliyyə şöbəsinin müdiri Rasim Qasımovun verdiyi məlumata görə, həmin vəsait artıq Maliyyə Nazirliyi tərəfindən MSK-nın hesabına köçürülüb. R. Qasımovun sözlərinə görə, bu vəsait seçkilərin keçirilməsi üçün lazım olan bütün tədbirlərin gerçəkləşməsinə, həmçinin referendumla bağlı plakatların hazırlanmasına, seçki komissiyalarının üzvlərinin əmək haqlarının ödənilməsinə xərclənəcək. Davamı



