Venesiya Komissiyası Azərbaycanda referenduma təqdim olunmuş təklifləri öyrənməyə başlayıb

Avropa Şurasının Venesiya Komissiyasının ekspertləri Azərbaycanda Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı referenduma təqdim olunmuş təklifləri öyrənməyə başlayıb.

Bu barədə Venesiya Komissiyasının seçkilər və referendumlar şöbəsinin əməkdaşı Sergey Kuznetsov məlumat verib. O bildirib ki, referenduma çıxarılacaq əlavə və dəyişikliklərə hüquqi rəy vermək xahişi komissiyaya Avropa Şurası Parlament Assambleyasından daxil olub. S. Kuznetsov deyib ki, öyrənilməsi lazım olan sənədlər artıq VK-ya təqdim edilib. Hazırlanacaq rəy komissiyanın martın 13-14-də keçiriləcək plenar sessiyasında müzakirə olunacaq.

Mənbə: www.apa.az

17.02.2009