Referendumu izləmək üçün seçki komissiyalarına 2580 nəfər müraciət edib

Martın 18-də keçiriləcək referendumu izləmək üçün seçki komissiyalarına bu günə qədər 2580 nəfər müraciət edib. Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) hüquq şöbəsindən məlumat verilib. Müraciətlərin 354-ü MSK-ya, 2226-sı isə dairə seçki komissiyalarına ünvanlanıb. Müşahidəçilərin qeydiyyatı səsvermə gününə 10 gün qalanadək davam edəcək. MSK-ya müraciət etmiş şəxslər istənilən seçki dairəsində, DSK-lara müraciət edənlər isə müraciət etdikləri seçki dairəsinin ərazisindəki seçki məntəqələrində müşahidə aparmaq hüququna malik olacaqlar.

Mənbə: www.apa.az

17.02.2009