Plastik tullantıların emal edilməsinin yeni ekoloji təmiz üsulu

belaya_qnilEkoloqların problem mənbələrindən biri olan tərkibində bisfenol A olan pastik polikarbonatlardır. Polikarbonat – vintaçanların (otvyortka) dəstəyi, linza, DVD və kompakt disklərin hazırlanmasında istifadə olunan bərk möhkəmliyə malik plastmasdır. Bəzi alimlər bisfenolun sağlamlığa mənfi təsirə malik olduğunu fərz edirlər. Bu cür plastik tullantıların emal edilməsi də ətraf mühitə ziyansız ötüşmür.

Ekoloqların problem mənbələrindən biri olan tərkibində bisfenol A olan pastik polikarbonatlardır. Polikarbonat – vintaçanların (otvyortka) dəstəyi, linza, DVD və kompakt disklərin hazırlanmasında istifadə olunan bərk möhkəmliyə malik plastmasdır. Bəzi alimlər bisfenolun sağlamlığa mənfi təsirə malik olduğunu fərz edirlər. Bu cür plastik tullantıların emal edilməsi də ətraf mühitə ziyansız ötüşmür.

Tədqiqatçılar polikarbonatı ultrabənövşəyi şüalar altında və yüksək temperatur şəraitində tədqiq etmişlər. Sonra həmin cismə ekologiyaya daha mürəkkəb çirkləndiricilərin təsirinin azaldılmasında istifadə edilən ağ çürüntü (şəkildə göstərmişdir) və digər 2 göbələyin necə təsir etməsini öyrənmişdilər.

Məlum olmuşdur ki, göbələklər bisfenolu enerji mənbəsi kimi istifadə etməklə plastmasın parçalanmasına gətirib çıxarırlar. 12 ay keçdikdən sonra plastmasdan heç bir əlamət qalmamış və bu zaman ətraf mühitə bisfenol kimi mənfi komponent atılmamışdır.

11.02.2010