“Alternativ və bərpa olunan enerji, enerji səmərəliliyinə dair siyasət və qanunvericilik” mövzusunda seminar keçirilib

elec610 fevral 2010-cu il tarixində “Park İnn” otelinin “Natəvan” zalında Bərpa olunana Enerji üzrə İctimai Vəkillik Koalisiyası tərəfindən “Alternativ və bərpa olunan enerji, enerji səmərəliliyi sahəsində siyasət və qanunvericiliyin vəziyyəti” mövzusunda seminar keçirilmişdir. Seminarda Milli Məclisin Təbii Ehtiyatlar, energetika və ekologiya diam komitəsinin, Milli Məclis Aparatının, Sənaye və Energetika Nazirliyinin Alternativ və Bərpa olunan Enerji mənbələrindən istifadə üzrə Dövlət Agentliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərenerji QSC-nin, Milli Elmlər Akademiyasının, vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri iştirak etmişdirlər. Seminarı layihənin rəhbəri Sevil İsayeva açaraq gələn qonaqları salamlamış və layihə barədə məlumat vermiş, Koalisiyanan yeni İnternet səhifəsinin təqdim etmişdir. Seminarda Azərbaycanda alternativ və bərpa olunan enerji, enerji səmərəliliyi səhasində müəyyan edilmiş siyasi istiqamətlər, milli qanunvericilik və onun tətbiqi, alternativ və bərpa olunnan enerji mənbələrindən istifadə ilə əlaqədar hüquqi, institusional, iqtisadi imkanlar müzakirə edilmiş, son bir neçə ildə Azərbaycan hökumətinin bu istiqamətdə atdıqları addımlar təhlil edilmiş, xüsusən orta və xırda sahibkarların, icmaların istehlakı üçün tələb edilən enerjinin qeyri-ənənəvi yollarla əldə edilməsi məsələləri araşdırılmış, Kioto protokolu üzrə Təmiz İnkişaf Mexanizmlərini təmin edəcək layihələrin vəziyyəti, Enerji səmərəliliyi üzrə dövlət siyasətinin formalaşması üçün görlülən işlər qiymətləndirilmişdir.

“ELS” Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova bu seminarda “Enerjinin səmərəli istifadəsində milli siyasətin həyata kemirilməsi və inkişafında ictimaiyyətin iştirakı” məruzəsi ilə çıxış etmişdi.

11.02.2010