“La-Ninya” iqlim fenomeni zəifləşəcək – BMT (Beynəlxalq Meteorologiya Təşkilatı)

laninyaDünya Meteoroloji Təşkilatı bildirir ki, bütün dünyanın hava şəraitinə təsir edən İqlim Fenomeni “La-Ninya” ola bilsin may ayının əvvəlinə qədər qalacaq, ancaq tədrican zəifləşəcək.

BMO tərəfindən hazırlanmış məruzədə bildirilir: – “La-Ninya”-nın təsirti Sakit okeanın tropik qurşağında davam edir….

Atmosfer parametrləri (məsələn, buludluq, təzyiq, külək) bu epizodun ötən əsrin ən güclülərindən biri olduğunu göstərir, o halda ki, okean vəziyyətinin göstəriciləri orta və yuxarı sıralar arası dəyişməkdədirlər”.

Orta hesabla, okeanın “La-Ninya”-nın təsir zonasında olan səthinin temperaturu  təxminən 1.5 dərəcə normadan aşağıdır.

“La-Ninya” fenomeni Sakit okeanın tropik zonasının mərkəzi və şərqi hissəsində su səthinin anormal soyuması ilə xarakterizə edilir. Bu proses, əksinə okeanın istiləşməsi ilə əlaqədar olan “El-Ninyo”-ya dair, tam fərqlənir. Həm “El-Ninyo”, həm “La-Ninya”, 9 aya qədər qalma müddətləri olduğu halda, okean və atmosfer axınlarının tədavül sxeminin dəyişməsinə səbəb olurlar, bu isə öz növbəsində bütün dünyanın havasına və iqliminə təsir göstərir.

“La-Ninya” 2010-cu ilin iyun-iyul aylarında “El-Ninyo”-nu əvəz etdi. Okeanın soyuması bulud sahəsinin azalması ilə və passatların güclənməsi ilə müşayiət edilirdi. Təzyiqin azalması Avstraliyada, İndoneziyada və Cənub-Şərqi Asiya ölkələrində güclü yağışlara səbəb oldu.

Bundan əlavə, meteoroqların fikrinə görə, məhz “La-Ninya” Cənubi Afrikada güclü yağışların və Şərqi ekvatorial Afrikada quraqlıqın, həmçinin Cənub-Şərqi Asiyanın və Cənubi Amerikanın mərkəzi rayonlarında yağışsız vəziyyətin səbəbkarıdır.

Sənəddə qeyd edilir ki, “La-Ninya”-nın təsirinə məruz qalmış regionların hakimiyyət orqanları nəzərə almalıdırlar ki, bu hava şəraiti hələ 1-2 ay ərzində qalacaq və mart-aprel aylarında tədricən zəifləşəcək. Bu zaman hüdüdlarından kənarda “La-Ninya”-nın taleyi qeyri-müəyyən olaraq qalır

10.02.2010