Rüstəm İbrahimbəyovun sənədləri MSK-ya təqdim

Rustem_IbrahimovBu arada Rusiyadan “sensasion İbrahimbəyov açıqlaması” gəlib

Milli Şuranın sədri Rüstəm İbrahimbəyovun sənədləri Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim olunub.APA-nın məlumatına görə, sənədi MSK-ya Rüstəm İbrahimbəyovun Təşəbbüs Qrupunun üzvü Elman Məmmədzadə təqdim edib. R. İbrahimbəyovun sənədləri MSK-ya prezidentliyə namizədliyinin təsdiq olunması məqsədilə təqdim olunub.

Bu arada R.Ibrahimbəyovun pasport məsələsi ətrafında yaşanan gərgin anlar səginmək bilmir. Virtualaz.org saytı Rusiya Federal Miqrasiya Xidmətinin Mətbuat Xidmətinin əməkdaşı Zalina Vladimirovaya istinadən Rüstəm İbrahimbəyovun avqustun 13-də Rusiya vətəndaşlığından imtina etmək barədə müraciət etdiyini yazır. Maraqlıdır ki, artıq bir neçə aydır ki, Milli Şuranın vahid namizədi elan olunmuş Rüstəm İbrahimbəyovun hələ may ayından Rusiya dövlətinə müraciət edərək vətəndaşlıqdan imtina etməsi gözlənilsə də Milli Şura sədri bu prosesi yubadaraq avqustun 13-də ərizə yazıb və ona ümid bəsləyən Milli Şura üzvlərini, habelə prezident seçkilərində hazırkı hakimiyyətə alternativ görmək istəyən yüz minlərlə elektoratı aldadıb.

Rusiya Federal Miqrasiya Xidmətinin mətbuat xidmətinin əməkdaşı Zalina Vladimirovanın verdiyi digər sensasiyalı məlumat isə Rüstəm İbrahimbəyovun ABŞ-da daimi yaşayış izninin olmasıdır. FMX əməkdaşının sözlərinə görə, Rüstəm İbrahimbəyovun quruma təqdim etdiyi sənədlər arasında ABŞ-da daimi yaşayış izni verən sənədin olmasıdır ki, bu da Milli Şura sədrinin ABŞ dövləti qarşısında da ayrıca öhdəliyinin olmasından xəbər verir. Zalina Vladimirovanın verdiyi məlumata görə, Rüstəm İbrahimbəyovun vətəndaşlıqdan imtina edilməsi prosesi 2014-cü ilin birinci rübünə qədər uzana bilər. Səbəb isə sənədlərin gec təqdim edilməsi və ABŞ-da daimi yaşayış izninin olmasıdır ki, bunun üçün Rusiya tərəfi ABŞ-a xüsusi sorğu göndərərək, Sorğuda Rüstəm İbrahimbəyovun daimi yaşayış izninin ləğv edilməsini tələb olunacaq.

22.08.2013