Niyazi – 111

NiyaziBu gün Azərbaycanın məşhur dirijor və bəstəkarı Niyazi Tağızadə-Hacıbəyovun doğum günüdür. O, 1912-ci il avqustun 20-də Tbilisi şəhərində anadan olmuşdur. Azərbaycan dirijorluq məktəbinin formalaşması və inkişafı məhz Niyazinin adı ilə bağlıdır. Üzeyir Hacıbəyovun “Koroğlu”, Qara Qarayevin və Cövdət Hacıyevin “Vətən”, Fikrət Əmirovun “Sevil” operalarının, Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletinin dirijorluğunu da Niyazi etmişdir.

Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və dirijoru olmuşdur. “Xosrov və Şirin” operasının (1942), “Çitra” baletinin (1961), “Zaqatala süitası” (1934), “Qaytağı” (1939), “Konsert valsı” simfonik əsərlərinin, “Rast” simfonik müğamının (1949) “1920-ci ildə” opera-kantatasının, simfonik orkestr üçün “Rəqs süitası”nın, Hindistan yazıçısı Rabindranat Taqorun əsərləri əsasında yaratdığı “Çitra” baletininin (1962) və s. musiqi əsərlərinin müəllifidir. Niyazi 1984-cü il avqustun 2-də Bakı şəhərində vəfat etmişdir.

20.08.2013