Bölmə: Ana səhifə

Yeni dərs ili başladı

3302669300449Yeni tədris ilinin başlanması ilə əlaqədar olaraq Azərbaycanın ümumtəhsil məktəblərində Bilik Günü qeyd olunub. Trend-in məlumatına görə, 2013-2014-cü dərs ilində ölkənin ümumtəhsil məktəblərinin birinci siniflərinə 141166 şagirdin gedəcəyi gözlənilir. Bu il 33745 abituriyent ilk dəfə olaraq tələbə kimi ali məktəbə gedəcək. Təhsil naziri Mikayıl Cabbarovun əmrinə əsasən, 2013-2014-cü tədris ilindən başlayaraq ümumi təhsil müəssisələrinin V-XI siniflərində ilk dərs “Mənim Vətənim – doğma yurdum” mövzusuna həsr olunacaq. Həmin mövzuda keçirilən dərslərdə Heydər Əliyevin Vətən və xalq qarşısında müstəsna xidmətlərinin izahına, Azərbaycanın dövlət rəmzləri haqqında şagirdlərin biliklərinin möhkəmləndirilməsinə, onlarda respublikanın, eləcə də yaşadıqları ərazinin flora və faunası, tarixi və mədəni abidələri, görkəmli şəxsiyyətləri, ölkəmizin dünya birliyində mövqeyi, son dövrlərdə qazandığı nailiyyətlər, Vətən uğrunda şəhid olmuş qəhrəmanlar barədə məlumatların artırılmasına xüsusi diqqət yetirilməsi təmin ediləcək.  Davamı

16.09.2013

Azərbaycan prezidenti postu uğrunda kimlər mübarizə aparacaq?

NamizedlerÖtən gün Mərkəzi Seçki Komissiyası Azərbaycan Demokrat Partiyasının namizədi Sərdar Cəlaloğlunun prezidentliyə namizədliyini qeydə almaqla namizədlərin sayını 10-a çatdırıb.

Beləliklə, 2013-cü il Prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyev, Ümid Partiyasının namizədi, millət vəkili İqbal Ağazadə, millət vəkili Zahid Oruc, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının namizədi, millət vəkili Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının namizədi Hafiz Hacıyev, Milli Dirçəliş Hərəkatı Partiyasının namizədi, millət vəkili Fərəc Quliyev, Sosial Demokrat Partiyasının namizədi Araz Əlizadə, Milli Şuranın namizədi Cəmil Həsənli, Ədalət Partiyasının namizədi, millət vəkili İlyas İsmayılov və Azərbaycan Demokrat Partiyasının namizədi Sərdar Cəlaloğlu mübarizə aparacaq. Davamı

14.09.2013

Azərbaycanda daha dörd nəfərin prezidentliyə namizədliyi qeydə alınıb

Sechki_qutusu_071110-1APA-nın məlumatına görə, Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında Komissiyanın katibi Arifə Muxtarova namizədliyi irəli sürülən şəxslər – Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev, Azərbaycan Sosial-Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə və Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev ayrı-ayrılıqda məlumat verib. Davamı

12.09.2013

AŞPA-nın müşahidə missiyası Azərbaycana gəlib

AshpaAvropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə edəcək missiyası Azərbaycana gəlib.APA-nın məlumatına görə, Robert Uolterin rəhbərlik etdiyi 7 deputatdan ibarət müşahidə missiyası seçkiqabağı situasiyanı və seçki kampaniyasının gedişini qiymətləndirəcək. Davamı

11.09.2013

Azərbaycanda şəxsiyyət vəsiqəsinin vaxtı keçmiş seçicilərin sayı açıqlanıb

Shexsiyyet_vesiqesiBu gün Azərbaycanda səsvermə hüququna malik vətəndaşlar arasında müəyyən səbəblərdən şəxsiyyət vəsiqəsinin vaxtı keçənlərin sayı 30 min nəfər təşkil edir. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi müavini Ehsan Zahidov prezidentliyə namizədliyi irəli sürülən İsmayıl Yusifovun iddialarına münasibət bildirərkən deyib. Davamı

11.09.2013