Noyabrın 25-də “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin “Vətəndaş cəmiyyəti gələcəyimiz naminə” layihəsi çərçivəsində “Uşaq teleefirinin problemləri və perspektivləri” mövzusunda aidiyyatlı dövlət qurumlarının nümayəndələri, ölkədə fəaliyyət göstərən telekanalların Proqram Departamentlərinin rəhbərləri, tanınmış incəsənət xadimləri, qeyri-hökümət təşkilatları və KİV təmsilçilərinin iştirakı ilə keçirdiyi Dəyirmi Masada Dövlət Uşaq Televiziyasının açılması, Uşaq Siyasətinə dair Milli Strategiyanın qəbulu və Uşaq mədəniyyəti sahəsində Müstəqil Təşəbbüslərə Dəstək Fondunun yaradılması ilə bağlı dövlət başçısında müraciətlər qəbul olunmuşdur. Hazırda imzalanma prosesi gedir.
Dövlət Uşaq Televiziya Kanalının açılmasına dair müraciət
Uşaq mədəniyyəti sahəsində Müstəqil Təşəbbüslərə Dəstək Fondunun yaradılmasına dair müraciət
Uşaq Siyasətinə dair Milli Strategiyanın qəbuluna dair müraciət

Noyabrın 25-də Beynəlxalq Mətbuat Mərkəzində “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin “Vətəndaş cəmiyyəti gələcəyimiz naminə” layihəsi çərçivəsində “Uşaq teleefirinin problemləri və perspektivləri” mövzusunda Dəyirmi Masa keçirilmişdir.
Noyabrın 21-də Bakıda Avropa Olimpiya Komitəsinin 43-cü Baş Assambleyası işə başlayıb. İki gün davam edəcək tədbirin rəsmi açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva iştirak ediblər. Məlumatı AzərTAc yayıb.
APA-nın məlumatına görə, Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə prezident İlham Əliyevin forum iştirakçılarına təbrik məktubunu oxuyub. Daha sonra uşaq siyasəti ilə bağlı film nümayiş olunub.
“Uşaq hüquqlarının müdafiəsi Azərbaycan dövlətinin uşaqlarla bağlı siyasətinin əsas istiqamətlərindəndir. Uşaqların problemləri ilə məşğul olan dövlət qurumlarının gündəlik fəaliyyəti hər birinizin vicdan, fikir və söz azadlığınıza hörmətlə yanaşılmasına və hüquqlarınızın tam təmin edilməsi üçün əlverişli mühitin yaradılmasına yönəlib”. APA-nın xəbərinə görə, bu fikirlər prezident İlham Əliyevin Uşaqların Üçüncü Ümumrespublika Forumunun iştirakçılarına ünvanladığı təbrik məktubundandır. 
