“Seçkilər” Media Mərkəzi – “ELS” Müstəqil Araşdırmalar Mərkəzi İctimai Birliyi noyabrın 1-də 118 seçki dairəsi, 1180 məntəqədə “exit-poll” tədqiqatı aparacaq. Secki-2015.az xəbər verir ki, bu barədə “ELS” Müstəqil Araşdırmalar Mərkəzi İctimai Birliyinin direktoru İradə Yaqubova “Seçkilər” Media Mərkəzində keçirilən mətbuat konfransında bildirib. Onun sözlərinə görə, Mərkəz 2008-ci ildə prezident seçkiləri, 2009-cu ildə referendum və bələdiyyə seçkiləri, 2010-cu ildə parlament, 2013-cü ildə prezident seçkiləri zamanı “exit-poll” tədqiqatını həyata keçirib.
“Bu müddətdə Mərkəz “exit-poll” sahəsində təcrübəsini ilbəil artırıb. Hər dəfə də nəticələr seçkilər bitdikdən sonra 1 saat ərzində ictimaiyyətə çatdırılıb. Toplanmış anketlərin işlənilməsi nəticəsində praktiki vəsaitlər də nəşr edilib”… Davamı

Bu gün Milli Məclisə noyabrın 1-ə təyin edilmiş seçkilərdə “exit-poll” keçirəcək “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin sədri İradə Yaqubova mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, İ. Yaqubova “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin seçkilərdə “exit-poll” keçirmək üzrə ixtisaslaşdığını, 2008-ci ildən başlayaraq, bütün seçkilərdə “exit-poll” keçirdiyini bildirib.
“Seçkilər” Media Mərkəzi – Bu gün saat 11-də “ELS” Müstəqil Araşdırmalar Mərkəzi İctimai Birliyinin direktoru İradə Yaqubova “Hilton” otelində, “Seçkilər” Media Mərkəzində mətbuat konfransı keçirəcək.
“Seçkilər” Media Mərkəzi – Dünyada demokratik idarəetmə sisteminin əsas atributlarından sayılan seçkilərin şəffaflığını təmin etmək, ictimai rəyin sözügedən prosesə münasibətini öyrənmək üçün “exit-poll” adlandırılan tədqiqat növündən istifadə edilir. Azərbaycanda da 2003-cü ildən başlayaraq prezident, parlament və bələdiyyə seçkilərində, o cümlədən referendumda “exit-poll” keçirilir. “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin sədri İradə Yaqubova “exit-poll”un mahiyyəti, məqsədi, seçicilərin bu sorğuya münasibəti və digər məsələlərlə bağlı “Seçki-2015.az” saytına müsahibə verib.
ELS Müstəqil Araşdırmalar Mərkəzi parlament seçkiləri günü 118 seçki dairəsinin 1180 seçki məntəqəsində “exit-poll” keçirəcək. “Report”un məlumatına görə, mərkəzin sədri İradə Yaqubova oktyabrın 27-də keçirdiyi mətbuat konfransında deyib ki, rəhbərlik etdiyi qurum 2008-ci ildən bütün seçkilərdə fəal iştirak edir: “ELS Müstəqil Araşdırmalar Mərkəzi 2006-cı ildən fəaliyyət göstərir, 2007-ci ildən dövlət qeydiyyatına alınıb. Bu müddət ərzində bütün seçkilərdə iştirak etmişik. Xeyli təcrübə qazanmışıq, fəaliyyətimizi təkmilləşdirmişik”.
