Oktyabrın 30-da “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova ANS telekanalının canlı efirində yayımlanan “Xəbərsizsiniz” verilişinin qonağı olub. “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin 2015-ci il Parlament seçkilərində həyata keçirdiyi “Ekzit-poll” tədqiqatından danışan layihə rəhbəri proses haqqında ətraflı məlumat verib, noyabrın 1-də “Ekzip-poll” tədqiqatını həyata keçirən intervüerlərin istifadə edəcəkləri sənəd və ləvazimatları nümayiş etdirib və aparıcının digər suallarını da cavablandırıb. FOTOQALEREYA VİDEO Davamı
Bölmə: Ana səhifə
AŞPA müşahidə missiyasının Azərbaycana səfəri başlayıb
Noyabrın 1-də keçiriləcək parlament seçkilərini müşahidə edəcək AŞPA müşahidə missiyasının Azərbaycana səfəri başlayıb. Bu barədə APA-ya Avropa Şurasının Azərbaycandakı nümayəndəliyindən məlumat verilib. Müşahidə missiyasına ispaniyalı parlamentar Jordi Çukla başçılıq edir.
Səfər zamanı 30 nəfərdən ibarət komanda Milli Məclisdə təmsil olunan partiyalar, parlament qruplarının rəhbər və nümayəndələri, həmçinin parlamentdən kənar müxalifət partiyaları və hərəkat üzvləri, həmçinin media və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşəcəklər.
Seçki günü nümayəndə heyətinin üzvləri ölkənin müxtəlif regionlarında səsvermənin gedişini izləyəcək.
Seçkidən sonra nümayəndə heyəti mətbuat konfransı keçirəcək.
ANONS
“Ekzit-poll” tədqiqatımız ANS-in canlı efirində müzakirə olunacaq
Oktyabrın 30-da “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova saat 14:00-da ANS telekanalında yayımlanacaq “Xəbərsizsiniz” verilişinin qonağıdır. Canlı efirdə “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin 2015-ci il Parlament seçkilərində həyata keçirdiyi “Ekzit-poll” tədqiqatı müzakirə predmeti olacaqdır.
Rusiyanın aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələri “ELS”-ın Qərargahında olublar
Oktyabrın 28-də Rusiyanın aparıcı kütləvi informasiya vasitələrinin ölkəmizdə işgüzar səfərdə olan bir qrupu “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin “Ambassador Hotel”də yerləşən “Ekzit-poll Tədqiqat Qərargahı”na gələrək tədqiqata hazırlıq işləri ilə tanış olub. “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin sədri İradə Yaqubova rusiyalı jurnalistlərin“Ekzit-poll” tədqiqatının keçirilmə mexanizmi, bu günə kimi görülən işlər və s. məsələlərə dair suallarını cavablandırıb… FOTOQALEREYA Davamı
“ELS” keçirəcəyi “Ekzit-poll” tədqiqatına hazırlıq işlərini davam etdirir
“ELS” Müstəqil Araşdırmalar Mərkəzi noyabrın 1-ə təyin olunmuş Parlament seçkilərində həyata keçirəcəyi “Ekzit-poll” tədqiqatı ilə bağlı hazırlıq işlərini davam etdirir. Hazırda “Ambassador Hotel”də tədqiqat zamanı istifadə olunacaq sənəd və ləvazimatların komplektləşdirmə işləri gedir. Oktyabrın 27-də regionlara sənəd və ləvazimatlarıın göndərilməsi prosesi başlayıb… FOTOQALEREYA Davamı


