“ELS” “Seçkilər” Media Mərkəzində mətbuat konfransı keçirəcək – ANONS

els“Seçkilər” Media Mərkəzi – Bu gün saat 11-də “ELS” Müstəqil Araşdırmalar Mərkəzi İctimai Birliyinin direktoru İradə Yaqubova “Hilton” otelində, “Seçkilər” Media Mərkəzində mətbuat konfransı keçirəcək.

Mətbuat konfransı barədə Seçki-2015.az saytına məlumat verən İ.Yaqubova bildirib ki,  məqsəd təşkilatın 1 noyabr parlament seçkilərində hansı seçki dairələri üzrə “exit-poll” keçirəcəyi, ümumiyyətlə, “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin bu sahədə təcrubəsi haqqında məlumat verməkdir.

“Exit-poll”un 118 seçki dairəsində keçiriləcəyini deyən İ.Yaqubova bu prosesə 2600 könüllünun cəlb olunduğunu qeyd edib.

28.10.2015