Bölmə: Ana səhifə

ELS-in keçirdiyi müsabiqənin qalib mahnısı Yaşıl Teatrın səhnəsində

01.06.2016-Bagcamizİyun ayının 1-də Bakı Şəhər İcra Hakimiyyəti Yaşıl Teatrda Uşaqları Beynəlxalq Müdafiə Gününə həsr edilmiş konsertlər silsiləsinə start verdi. Konsertdə “Yeni Uşaq Mahnıları-2013” müsabiqəsinin qaliblərindən biri olan Gülzar İbrahimovanın sözlərinə Elşən Nicatın bəstələdiyi “Bağçamız” mahnısı da uşaqların ifasında böyük həvəslə səslənmiş və dinləyicilərin gurultulu alqışlarına layiq görülmüşdür. Qeyd edək ki, bu və müsabiqənin digər qalib mahnıları artıq bağçalarımızda populyarlaşıb və ifa olunurlar.

Mahnını yaradan Elşən Nicatı və Gülzar İbrahimovanı təbrik edirik!  VİDEO Davamı

7.06.2016

“ELS” ANS telekanalının canlı efirində

ans11may2016Sabahın gəlinlərini məhv etməyin

Mayın 11-də “ELS-Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyinin sədri İradəYaqubova ANS telekanalının“Deməsək olmaz” verilişinin qonağı olmuşdur.İradə İsaqın apardığı verilişdə bu gün Azərbaycanda qadın diskriminasiyası, doğulan uşaqların cinslərinə görə yaranmış mövcud vəziyyət müzakirə olunmuşdur. Qonaq qismində verilişdə İradə Yaqubova ilə yanaşı AMEA-nın Fəlsəfə və Hüqüq İnstitutunun əməkdaşı Zeynəddin Şabanov, Tibb Universitetinin “Mamalıq və ginekologiya” kafedrasının professoru Şahbaz Şahbazov və psixoloq Lalə Əhmədova iştirak etmişlər. Canlı efir gərgin müzakirələr ilə yadda qalmışdır. VİDEO

11.05.2016

Novruz bayramınız mübarək!

novruz-bayramiDostlar, 2013-cü ildə ELS-Müstəqil Araşdırmalar Mərkəzi uşaq mahnıları sahəsində olan boşluğu doldurmaq məqsədilə “Yeni uşaq mahnıları-2013” müsabiqəsini keçirib. Müsabiqəyə 77 mahnı təqdim olunmuş, on mahnı isə peşəkar münsiflər heyəti tərəfindən qalib elan edilmişdi. Qalib mahnılar Gənc Tamaşaçılar Teatrında 19.12.2013 tarixində qala-konsertdə təqdim olunmuşdur.
Qalib mahnılardan biri bugünkü bayramla həmahəngdir. Bu Səadət Fərziyevanın “Xoş gəlmisən, Novruzum!” mahnısıdır. Görüntülər qala-konsertdən bir parçadır. İfaçılar isə Nizami rayonunun Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin “Azəri inciləri” kollektivinin solistləridir.
Ümidvaram ki, mahnı bayram əhvalını yaradacaq. Hamınızın bayramı mübarək! VİDEODavamı

16.03.2016

“ELS-Müstəqil Araşdırmalar Mərkəzi” Azərbaycan diplomatiyasını qələbə ilə təbrik edir

27.01.2016Azərbaycanda Vətəndaş Cəmiyyətinə Yardım Assosiasiyasının 2013-cü ildə başladığı «Sərsəng – humanitar faciənin qarşısının alınması» layihəsi diplomatiyamızın uğurlu fəaliyyəti sayəsində  AŞPA-da işğalçı Ermənistandan Azərbaycan ərazilərini qəti surətdə tərk etməyi tələb edən qətnamənin qəbulu ilə nəticələnmişdir. Belə ki, 2016-cı il yanvarın 26-da Avropa Şurası Parlament Assambleyası (AŞPA) Strasburqda Bosniya və Herseqovinadan olan deputat Milisa Markoviçin Azərbaycanla bağlı hazırladığı “Azərbaycanın sərhədyanı ərazilərində yaşayan əhali qəsdən sudan məhrum edilib” adlı məruzəsi əsasında qətnamə qəbul edib… Davamı

27.01.2016

Azərbaycan xalqı 20 Yanvar qurbanlarını yad edir

20-yanvar-shehidler-xiyabani-ushaqBu gün Azərbaycan xalqının şanlı səhifəsinə çevrilmiş 20 Yanvar qanlı hadisələrindən 26 il ötür. Həmin gün Azərbaycan xalqı əsrlər boyu qəlbində yaşatdığı milli azadlıq və istiqlal istəyindən geri çəkilmədiyini, bu müqəddəs amal uğrunda hətta canından belə keçməyə hazır olduğunu bütün dünyaya nümayiş etdirdi.
1990-cı il yanvarın 20-də baş verən faciəli hadisələr sovet imperiyasının xalqımıza qarşı törətdiyi cinayət 130-dan çox dinc insanın xüsusi qəddarlıqla qətlə yetirilməsi, 1000-ə yaxın insanın yaralanması ilə nəticələndi və Azərbaycan xalqının tarixinə qürur və şərəf mübarizəsi kimi daxil oldu… Davamı

20.01.2016