“Hazırda Azərbaycanın eramızdan əvvəlki dövrdən indiki dövrə qədər olan müxtəlif xarici xəritələrinin toplanması ilə məşğuluq. Bunları kitab kimi çap edəcəyik, dünyaya yayacağıq. İngilis və Azərbaycan dillərində olacaq, ehtiyac olsa, digər dillərə də tərcümə ediləcək”. APA-nın xəbərinə görə, bunu “New Baku Post” qəzetinə müsahibəsində Avropa Azərbaycan Cəmiyyətinin (AAC) prezidenti Tale Heydərov deyib. Davamı
Bölmə: Ana səhifə
Azərbaycanda valideyn himayəsindən məhrum olan uşaqlar pulsuz ali təhsil alacaqlar
Milli Məclisin Sosial siyasət komitəsinin ötən gün keçirilən iclasında “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanuna dəyişikliklər müzakirəyə çıxarılıb. APA-nın məlumatına görə, layihə barədə komitə sədri Hadı Rəcəbli məlumat verərək bildirib ki, sənəd Azərbaycan prezidentinin imzası ilə parlamentə daxil olub. Davamı
31 mart soyqırımı ilə bağlı Almaniya Bundestaqının spikerinə bəyanat ünvanlanıb
Avropa Azərbaycanlıları Konqresi 31 mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Almaniya Bundestaqının spikeri, professor Norbert Lammertə ünvanlanmış bəyanat qəbul edib. Davamı
Nyu-Cersi Ştat Assambleyası 31 mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı qətnamə qəbul edib
ABŞ-ın Nyu-Cersi Ştat Assambleyası 31 mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı qətnamə qəbul edib. APA-nın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, qərarla 31 mart tarixi “Azərbaycan Anım Günü” elan edilib.
Qərar ABŞ-dakı türk və azərbaycanlıların təmsil olunduğu təşkilatların «Pax Turcica» kanalı vasitəsi ilə başladıqları kampaniya nəticəsində qəbul edilib. Nyu-Cersi Ştat Assambleyasının sədri tərəfindən imzalanmış qərarı Assambleyanın üzvü, Demokratlar Partiyasının nümayəndəsi Tomas Qiblin Amerika Azərbaycan Cəmiyyətinin (ASA) sədri Tomris Azəriyə təqdim edib. Davamı
Azərbaycan prezidenti Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
Sizi Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, hərbirinizə cansağlığı, səadət və gələcək işlərinizdə yeni-yeniuğurlar arzulayıram.



