Nyu-Cersi Ştat Assambleyası 31 mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı qətnamə qəbul edib

Nyu-Cersi-Shtat-AssambleyasiABŞ-ın Nyu-Cersi Ştat Assambleyası 31 mart –  Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı qətnamə qəbul edib. APA-nın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, qərarla 31 mart tarixi “Azərbaycan Anım Günü” elan edilib.

Qərar ABŞ-dakı türk və azərbaycanlıların təmsil olunduğu təşkilatların «Pax Turcica» kanalı vasitəsi ilə başladıqları kampaniya nəticəsində qəbul edilib. Nyu-Cersi Ştat Assambleyasının sədri tərəfindən imzalanmış qərarı Assambleyanın üzvü, Demokratlar Partiyasının nümayəndəsi Tomas Qiblin Amerika Azərbaycan Cəmiyyətinin (ASA) sədri Tomris Azəriyə təqdim edib.

Qərarda 1918-ci ilin martında 20 min dinc azərbaycanlının öldürülməsi ilə nəticələnən hadisələrinin insanlıq tarixində ən çox qınanılası vəhşiliklərindən olduğu vurğulanır.

Qeyd edək ki, bundan əvvəl, 2012-ci ildə Nyu-York Senatı da analoji qərar qəbul edib və bu ştat ABŞ-da 31 mart – Azərbaycanlıların Soyqırımı Gününü tanıyan ilk ştat olub.

27.03.2013