Dekabrın 15-də Azərbaycanın ilk qadın-bəstəkarı Ağabacı Rzayevanın anadan olmasından 100 il ötür
Bu gün dahi Üzeyir bəy Hacıbəylinin tələbəsi, həm Azərbaycan, həm də bütün Şərqdə peşəkar musiqi təhsili almış ilk qadın-bəstəkar, əməkdar incəsənət xadimi, ictimai xadim Ağabacı xanım Rzayevanın anadan olmasından 100 il ötür. O, bu gün “Evimizə gəlin gəlir”, “Toy mahnısı”, “Barmağıma üzük tax”, “Çoban Qara”, “Muğan qızı”, “Neftçi Qurban”, o cümlədən 300-dən artıq mahnı, romans, xor əsərləri və instrumental janrda yazdığı musiqilərdə yaşayır. Davamı






