“Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” YUNESKO-nun Təcili Qorunma Siyahısına daxil edilib. Azərbaycanın Mədəniyyət və Xarici İşlər nazirliklərindən Trend-ə verilən məlumata görə, 2018-ci ilin 26 noyabr – 1 dekabr tarixlərində Mavriki Respublikasının paytaxtı Port Luis şəhərində YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin növbəti 13-cü sessiyasında qəbul edilmiş qərarla “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” YUNESKO-nun Təcili Qorunma Siyahısına daxil edilib. Davamı
Monthly Archives: November 2018
İbtidai sinif müəllimləri üçün ixtisasartırma təlimləri başlayıb
Ümumi təhsil müəssisələrinin ibtidai sinif müəllimləri üçün ixtisasartırma təlimlərinin növbəti mərhələsinə start verilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Trend-ə verilən məlumata görə, “Şagirdlərdə oxuyub-anlama bacarıqlarının inkişaf etdirilməsi metodikası” adlı təlimlərin təşkil olunmasının əsas məqsədi ibtidai sinif şagirdlərində oxu vərdişlərini formalaşdırmaq, oxuyub-anlama və yazılı mətnlər üzərində işləmə bacarıqlarını inkişaf etdirməkdən ibarətdir. Davamı
ELS Müstəqil Araşdırmalar Mərkəzi layihənin yekun təqdimatını keçirdi
Noyabrın 22-də Beynəlxalq Mətbuat Mərkəzində aidiyyatli rəsmi və özəl qurumlar, QHT-lər və KİV təmsilçiləri, mütəxəssislər və tələbələrin iştirakı ilə “ELS Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyinin “Müasir texniki tənzimləmə və standartlaşdırma sistemində islahatlar: mövcud vəziyyət və perspektivlər” mövzusunda dəyirmi masası keçirildi. FOTOQALEREYA Davamı
Direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin imtahan mərhələsi başlayır
22-24 noyabr 2018-ci tarixlərində dövlət ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinə işə qəbul üzrə müsabiqənin imtahan mərhələsi keçiriləcək. Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, imtahanın Azərbaycan Dövlət İqtisad Universitetinin 2 saylı tədris binasında (ünvan: Həsən Əliyev küçəsi, 135) keçirilməsi nəzərdə tutulub. Davamı
Şura 2019-cu il üçün 1-ci qrant müsabiqəsini elan edib
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası QHT layihələrinin maliyyələşməsi ilə bağlı 2019-cu il birinci qrant müsabiqəsini elan edib. Məlumatı qurumun qht.az rəsmi saytı xəbər verir. Davamı