Daily Archives: 11/06/2018



Bu gün milli televiziya və radio günüdür

Bu gün Azərbaycan televiziyasının 62 və radiosunun 92 yaşı tamam olur. Trend-in məlumatına görə, 1926-cı il noyabrın 6-da Azərbaycan radiosu fəaliyyətə başlayıb və həmin gündən sözügedən tarix radio işçilərinin peşə bayramı kimi keçirilir.

Azərbaycan televiziyası yaranandan sonra bu tarix təkcə radionun deyil, həm də teleradionun yaranma günü kimi qeyd olunmağa başlayıb. Davamı

6.11.2018


Ağdamda yeni məktəb binasının tikintisinə 1 milyon manat ayrılıb

Noyabrın 5-də Prezident İlham Əliyev Ağdam rayonunun Birinci Yüzbaşılı kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi haqqında sərəncam imzalayıb, – Trend İA xəbər verir.

Sərəncamda qeyd edilir ki, Ağdam rayonunun Birinci Yüzbaşılı kəndində 132 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 1 milyon manat ayrılsın. Davamı

6.11.2018