Monthly Archives: November 2018

2019-cu il dövlət büdcəsi qəbul edildi

“Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun layihəsi Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb. Trend-in məlumatına görə, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib ki, 2019-cu il dövlət büdcəsi Azərbaycan dövlətinin maraqlarına tam cavab verir: “Dövlət büdcəsi iqtisadi islahatların həyata keçirilməsinə və əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına imkan verəcək”. Davamı

30.11.2018

Yeni Dövlət Peşə Təhsil Mərkəzləri yaradıldı

Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısında dəyişikliklər edilib. Trend-in məlumatına görə, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb. Qərara görə, Abşeron Binə Peşə Liseyi Aviasiya və Avtomobil Nəqliyyatı üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə birləşdirilib. Davamı

30.11.2018

“Dədə Qorqud irsi” YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ Siyahısına daxil edilib

“Dədə Qorqud irsi” YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ Siyahısına daxil edilib. Məlumatı Azərbaycanın Mədəniyyət və Xarici İşlər nazirliklərinə istinadən Trend İA yayıb.

Noyabrın 28-də Mavriki Respublikasının paytaxtı Port Luis şəhərində YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 13-cü sessiyasında qəbul edilmiş qərarla Azərbaycanın Türkiyə və Qazaxıstanla birgə təqdim etdiyi “Dədə Qorqud irsi: Dastan mədəniyyəti, xalq nağılları və musiqisi” çoxmillətli mədəniyyət nümunəsi kimi YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ Siyahısına daxil edilib. Davamı

29.11.2018

Azərbaycanda vaxtından əvvəl doğuşların sayı 10 faiz təşkil edir

Dünya Səhiyyə Təşkilatının hesabatına görə, hər il dünyada 15 milyon vaxtından əvvəl doğuş qeydə alınır. Bu körpələrin təxminən bir milyona yaxını (7 faiz) tələf olur. 184 ölkədə vaxtından əvvəl doğuşların sayı 5-18 faiz arasında dəyişir. Azərbaycanda isə bu göstərici 10 faiz təşkil edir. Davamı

28.11.2018

Azərbaycan müəllimlərinin XV qurultayı öz işinə başlayıb

Bakı Konqres Mərkəzində Azərbaycan müəllimlərinin XV qurultayı keçirilir. Trend-in məlumatına görə, qurultay Azərbaycan Respublikasının Dövlət himninin səslənməsi ilə başlayıb. Tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin, Vətənimizin müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərin və Azərbaycan müəllimlərinin 14-cü qurultayından ötən dövr ərzində vəfat etmiş təhsil işçilərinin əziz ruhlarını bir dəqiqəlik sükutla yad ediblər. Davamı

28.11.2018