Monthly Archives: September 2015

Əli Həsənov: “Avropa Parlamenti artıq reallıq hissini itirib və Qərbin müxtəlif dairələrinin əlində oyuncağa çevrilib”

Əli HəsənovAzərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnaməni şərh edib. APA-nın məlumatına görə, Ə. Həsənov “AZƏRTAC”a bildirib ki, Azərbaycan müstəqil siyasət yürüdən, demokratik, dinamik inkişaf edən və yüksək beynəlxalq nüfuza malik ölkədir: “Azərbaycanda vətəndaş cəmiyyəti inkişaf edir, hər kəsin fikir, söz və məlumat azadlığı təmin olunub, siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının və kütləvi informasiya vasitələrinin fəaliyyəti üçün zəruri şərait yaradılıb.

Bu gün ölkədə onlarla siyasi partiya, yüzlərlə QHT, media orqanı heç bir maneə olmadan, sərbəst şəkildə fəaliyyət göstərir, internet azadlığı tam təmin edilib. Davamı

10.09.2015

Azay Quliyev: “Avropa Parlamenti Azərbaycana qarşı ikiüzlü münasibətini göstərmiş oldu”

Azay-Quliyev“Bu gün Avropa Parlamenti Azərbaycanla bağlı qəbul etdiyi qərəzli və sifarişli qətnaməsi ilə ölkəmizə münasibətdə özünün ikiüzlü mahiyyətini bir daha nümayiş etdirmiş oldu”.

“Report” xəbər verir ki, bunu ATƏT-in Parlament Assambleyasının Siyasi Məsələlər və Təhlükəsizlik Komitəsinin sədr müavini Azay Quliyev bu gün Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi qərəzli qətnaməyə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, qətnamədə səslənən ittihamlar o qədər absurddur ki, onları şərh etməyə belə dəyməz:

“İnsan hüquq və azadlıqlarının hər gün kobud şəkildə pozulduğu, müsəlmanların daima təzyiq və diskriminasiyaya məruz qaldığı, özlərinin viran qoyduğu ölkələrdən məcburən Avropaya pənah gətirən miqrantların (uşaqların, qadınların və qocaların) acımadan qətlə yetirildiyi, zor tətbiq edilərək döyüldüyü, qucağında uşaq olan ahılın qaçan zaman avropalı jurnalist tərəfindən “ayaq qoyaraq” yıxıldığı bir vaxtda Avropanın “baş bilən”lərinin yığışıb bu biabırçılığa qiymət vermək əvəzinə Azərbaycanı hədəfə almaları təkcə siyasi paradoks deyil, həm də riyakarlıqdır. Davamı

10.09.2015

Avropa Parlamenti Azərbaycana qarşı qətnamə qəbul edib

Avropa-parlamentiBu gün Avropa Parlamenti (AP) Azərbaycanla bağlı qətnamə qəbul edib. APA-nın xəbərinə görə, qətnamənin lehinə 365, əleyhinə 202 parlamentar səs verib, 72 nəfər bitərəf qalıb. Qətnamədə parlamentarlar Avropa İnsan Haqları Məhkəməsinin qərarlarına uyğun olaraq insan haqları müdafiəçilərinin, jurnalist və digər vətəndaş cəmiyyəti fəallarının tez və şərtsiz azad edilməsinə çağırıblar.

Qətnamədə Azərbaycan hökuməti universal insan haqlarına hörmətlə yanaşmağa, tələblər yerinə yetirilməyənə qədər Strateji Əməkdaşlıq Razılaşması üzrə danışıqların dayandırılmasına çağırılır. Parlament Avropa Komissiyasını insan haqları, vətəndaş cəmiyyəti və Avropa Qonşuluq Aləti çərçivəsində Azərbaycana insanlararası münasibətlərə dair kütləvi layihələri çıxmaq şərti ilə maliyyə ayrılmasını yenidən nəzərdən keçirməyə də çağırıb. Davamı

10.09.2015